"Elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilər" - Ekspert

“Talantlı və riyazi təfəkkürlü gənclərimizin heç biri müxtəlif səbəblərdən ali məktəbdən kənarda qalmamalıdır. Gənclərimizin millətin gələcəyi olduğunu unudulur. Ancaq unutmamalıyıq ki, nə qədər gənclərimiz təhsilli olsa, dövlətimiz bir o qədər qüdrətli olar. Biz gənclərin təhsil almasına maneçilik törətməməliyik, şərait yaratmalıyıq. Onları universitetlərdən kənarda saxlamağa çalışmamalıyıq. Gənclərin ali təhsillə əhatə əmsalını 60 faiz qaldırmaq üçün, bir tərəfdən qəbul yerlərini artırmaq, digər tərəfdən testi sadələşdirmək lazımdır”.
Bu fikirləri əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyib.
Professor bildirib ki, sovet dönəmidə ciddi imtahana ehtiyac var idi. İndiki dönəmdə ciddi imtahanlara ehtiyac yoxdur: “Çünki indi soyuq müharibə dövrü deyil, biz kosmonavt hazırlamırıq, işə təyinat yoxdur”.
Şahlar Əsgərov qeyd edib ki, test imtahanlarının ruhu dövrün tələbinə uyğun gəlmir: “Elə test sualları var ki, onu ancaq professorlar cavablandıra bilirlər. Belə duyğusuz öhdəlik sovet dönəmində olub, indi buna ehtiyac yoxdur. Testlər sərtləşdikcə repetitorluq artar, sadələşdirdikcə azalar. Sualları elə tərtib etmək olar ki, qəbul zamanı bir nəfər də belə 700 bal toplamasın. Ancaq elə də tutmaq olar ki, "700 ballılar" yüzlərlə olsunlar. Test balı biliyi birqiymətli əks etdirmir, insan faktorundan asılıdır. "Açıq test", "qapalı test", "bunker müəllimlər", qəbulun etaplarla keçirilməsi, aylarla uzanması və bunun kimi odioz addımlara ehtiyac yoxdur”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-01-2022, 10:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.