Hüquq müdafiə təşkilatı “Media haqqında” qanun layihəsini tənqid edib
”Media haqqında” qanun layihəsi mürtəce xarakterlidir. Əgər həmin qanun layihəsi parlamentdə qəbul olunarsa, onsuz da qeyri-qənaətbəxş olan mətbuat, məlumat, ifadə azadlığının durumu, xüsusilə, rəqəmsal medianın vəziyyəti daha da pisləşəcək, alternativ fikirlər, tənqidi rəylər qanunvericilik səviyyəsində əngəllənəcək”. Bu barədə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının bəyanatında deyilir.
“Müdafiə Xətti” Azərbaycan hökumətinə və qanunverici orqana çağırış edir ki, Avropa Konvensiyasının 10-cu (İfadə azadlığı), Azərbaycan Konstitusiyasının 47-ci (fikir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrinin tələblərinə riayət etsin, media siyasəti həyata keçirilərkən azad jurnalistikanın inkişafının təmin edilməsi əsas hədəf seçilsin.
Sənəddə qeyd edilir ki, azad media, söz və fikir, mətbuat və məlumat azadlıqları demokratik quruluşun, hüquqi dövlətin əsas atributlarıdır.
“Müdafiə Xətti” dərin narahatçılıqla göstərir ki, “ictimai müzakirəyə çıxarılmadan, media hüququ üzrə ixtisaslaşan ekspertlərin, təcrübəli media mütəxəssislərinin, Avropa Şurası Venesiya Komissiyasının, ATƏT-in Media Ofisinin və s. rəyləri öyrənilmədən tələm-tələsik parlamentdə müzakirə edilən, ikinci oxunuşda da təsdiqlənən “Media haqqında” qanun layihəsi mürtəce xarakterlidir”.
Contact.az
Paylaş:
Müəllif : Fuad
Tarix:23-12-2021, 14:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Masazırda gölü qurudaraq qanunsuz evlər tikən makler Əlini hansı məmur himayədarlıq edir? -Fotolar

“Heç kim o sözlərə aldanmasın, bu əməliyyatları qanunsuz edirlər” - Uzman həkimlərdən xəbərdarlıq

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA