reklam
Regionxeberlericom.az » Cəmiyyət » Azərbaycan indiyədək neçə ermənini Ermənistana qaytarıb?

reklam

Azərbaycan indiyədək neçə ermənini Ermənistana qaytarıb?


Oktyabrın 19-u Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytarıb.

Göyərtəsində erməni hərbçilər olan təyyarə dünən axşam saatlarında Bakıdan İrəvana yollanıb. Həmin erməni hərbçilərin Azərbaycan Ordusuna qarşı ağır cinayətlər və zorakılıq əməlləri törətmədiklərinə görə geri qaytarıldığı bildirilir. Qaytarılan ermənilər müharibə bitəndən sonra ölkəyə daxil olan və antiterror əməliyyatı zamanı saxlanılanlardır.

Onlardan bəziləri 27 may 2021-ci ildə Azərbaycan ərazisinə daxil olmağa cəhd edərkən Kəlbəcərdə saxlanılan diversiya qrupunun üzvləridir. Onların belə tezliklə buraxılması, heç şübhəsiz ki, Azərbaycan tərəfinin növbəti humanist addımıdır.

Azərbaycan dəfələrlə bu cür humanist addımlar atıb.

Bildiyimiz kimi, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə Bəyanatı imzalanıb. Bəyanatın 8-ci bəndində hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsi yer alıb.

Üçtərəfli Bəyanata uyğun olaraq, Azərbaycan tərəfinin humanist addımı ilə həm müharibə dönəmində, həm də ondan sonra antiterror əməliyyatlarında tutulan ermənilərin qaytarılması prosesi həyata keçirilir.

Cebhe.info bunula bağlı rəqəmləri təqdim edir.

*2020-ci il dekabrın 15-də Azərbaycan və Ermənistan arasında hərbi əsirlərin mübadiləsi baş verib. Azərbaycandan Ermənistana 44 hərbi əsir qaytarılıb.

*Dekabrın 28-də isə 4 hərbi əsir Ermənistana təhvil verilib.

*9 fevral 2021-ci ildə iki ölkə arasında əsirlərin dəyişdirilməsi baş verib. Bu zaman 5 erməni hərbi əsir Ermənistana qaytarılıb. Ermənistan tərəfinin bu tarixdə yaydığı məlumatda bildirilib ki, 10 noyabr tarixindən sonra Azərbaycan tərəfi 64 hərbi əsir və mülki şəxsi geri qaytarıb.

*4 may 2021-ci ildə 3 erməni hərbçi Ermənistana qaytarılıb. Bunlar Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamranyazdır. Ermənistana qaytarılan bu şəxslər 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmadan sonra Qarabağda tərk-silah edilərək tutulublar.

*7 may 2021-ci ildə Xarici İşlər Nazirliyi (XİN) Qarabağda hərbi əməliyyatlar dayandıqdan sonra Azərbaycanın Ermənistana qaytardığı hərbi əsirlərin sayı haqqında məlumat yayıb. Məlumata görə, Azərbaycan tərəfi 70-dən artıq əsiri Ermənistana qaytarıb.

* Bu ilin oktyabrında 32 yaşlı Artur Borisoviç Davidyan Ermənistana qaytarılıb. Erməni hərbçi bu ilin avqustunda iki ölkənin sərhədində itkin düşmüşdü.

*Oktyabrın 19-u Azərbaycan daha beş erməni hərbçini Ermənistana qaytarıb.

Qeyd edək ki, sentyabrın 28-də Azərbaycan Respublikasıının Prezidenti İlham Əliyev Fransanın “France-24” televiziya kanalına müsahibəsində müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlərin Ermənistana qaytarıldığını deyib. Qalanların isə müharibə zamanı yox, ondan sonra saxlanıldığını və onların təxribatçı olduqlarını bildirib.

Xarici İşlər Naziri Ceyhun Bayramov da 70-ə yaxın əsirin Ermənistana qaytarıldığını və bununla da Azərbaycandakı erməni hərbi əsirlər məsələsinin qapandığını deyib. 10 noyabrdan sonra saxlanılanların isə hərbi əsir yox, terrorçu olduqlarını bildirib. Ceyhun Bayramov onların Azərbaycan qanunları ilə mühakimə ediləcəklərini vurğulayıb.



Paylaş:


Müəllif : Tarix:
20-10-2021, 14:15
Sikayət   


loading...
Загрузка...