Mixail Saakaşvilinin telefonla danışmağına qadağa qoyuldu

“Rustavi həbsxanasında saxlanılan Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili telefon danışığı hüququndan məhrum edilib”.
Bunu Mixail Saakaşvilinin vəkili Dmitri Sadzaqlişvili müvəkkili ilə görüşündən sonra deyib.
Vəkilin sözlərinə görə, bu yaxınlarda Baş Prokurorluğun Saakaşvilinin zəng etmək hüququnu məhdudlaşdıran qərarı ilə tanış olublar.
D. Sadzaqlişvili qeyd edir ki, sabiq Prezidentin zəng etməyi qadağan edən sənəddə əslində heç nə yazılmayıb. Bildirilir ki, burada yalnızca belə bir ifadə səslənir ki, guya Saakaşvili onun barəsində başlanılan cinayət işinə aid olan şahidlərə təzyiq göstərə bilər: “Bu isə tamamilə absurddur. Əslində isə rəhbərlik istəyir ki, Mixail Saakaşvili ətrafdan tam təcrid olunsun”.
Siyasətçinin digər vəkili Beka Basiliya da prokurorluğun qərarını absurd adlandırıb. Onun sözlərinə görə, Saakaşvili azadlıqda olduqda, Ukraynada yüksək vəzifələrə sahib olduqda kiməsə zəng etmək istəsə, o zaman edərdi: “Kimsə Mişanın istintaq zamanı ittiham şahidləri ilə əlaqə saxladığını eşidib? Bu, absurddur”.
Xatırladaq ki, oktyabrın 1-də səkkiz ildən sonra Gürcüstana qayıdan Mixail Saakaşvili elə həmin gün saxlanılıb. O, saxlanıldığı gün aclıq aksiyasına başlayıb./"qafqazinfo"
Paylaş:
Müəllif : Fuad
Tarix:12-10-2021, 17:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-10-2021, 17:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video