III ixtisas qrupunda DƏYİŞİKLİK: Coğrafiya fənni əlavə ediləcək? - AÇIQLAMA

Məlum olduğu kimi, II ixtisas qrupunda “Beynəlxalq münasibətlər” və "Regionşünaslıq (regionlar üzrə)” ixtisasları ləğv edilərək III ixtisas qrupuna keçirilib.
Təhsil eksperti Kamran Əsədov bildirib ki, sözügedən ixtisaslar əvvəlcədən III ixtisas qrupunda olub, 2009-2010-cu illərdə isə II qrupa keçirilib:
“İndi bəzi şəxslər düşünür və təkif edir ki, III ixtisas qrupuna Coğrafiya fənni əlavə edilsin. Coğrafiya fənni 6-cı sinifdən başlayaraq orta məktəblərdə tədris edilir. Məsələn, I ixtisas qrupunda “Komputer mühəndisliyi”, “Komputer elmləri”, “İnformasiya texnologiyaları” və s. ixtisaslar yer alıb, ancaq imtahanda İnformatika fənni yoxdur. Bunun olmaması isə problem yaratmır. Düşünürəm ki, Coğrafiya fənninin də olması problem yaratmaz. Buna səbəb isə sözügedən ixtisasların diplomatic fəaliyyəti özündə əks etdirməsidir. Həmin ixtisasları bitirən məzunlar ölkələr arasında münasibətləri və onun tarixini bilməlidir. Daha o ölkənin iqlimini, torpaq quruluşunu və s. kimi dərindən öyrənməli deyil”.
K.Əsədov əlavə edib ki, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları II qrupda olanda balları 150-200-ə düşüb, hətta plan yerləri boş qalıb:
“Sözügedən ixtisaslar III ixtisas qrupunda olanda isə ora yüksək balla daxil olurdular. Onu da qeyd edim ki, dəyişiklik II ixtisas qrupu üzrə plan yerlərinin azalmasına, III ixtisas qrupu üzrə isə əksinə, qəbul plan yerlərinin artırılmasına gətirib çıxaracaq:”.
Paylaş:
Müəllif : Yazar
Tarix:10-09-2021, 11:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-09-2021, 11:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB