Oğuzun icra başçısı şəhid ailələrindən ÜZR İSTƏDİ: Əklillər və bayrağımız zibilliyə atılmışdı... - VİDEO

Oğuz Rayon İcra Hakimiyyəti etdiyi məsuliyyətsizliyə görə şəhid ailələrindən üzr istəyib.
Bu barədə Oğuz rayonundakı Şəhidlər xiyabanında aparılan təmir zamanı şəhid qəbirləri üzərindəki əklillərin İcra Hakimiyyəti tərəfindən zibilliyə atılmasına etiraz edən şəhid ailələri məlumat verib.
Məlumata görə, bu gün Oğuz Rayon İcra Hakimiyyəti qarşısında bir qrup insan toplaşıb, baş vermiş hadisəyə etiraz edib. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov şəhid ailələrini icra hakimiyyətinin inzibati binasına dəvət edib və baş vermiş hadisəyə görə onlardan üzr istəyib.
Qeyd edək ki, Şəhidlər xiyabanının təmir zamanı şəhidlərin üzərinə qoyulan əklillərin toz olduğunu görən şirkət bundan çıxış yolu kimi həmin əklilləri Şəhidlər xiyabanına bitişik Emin Abdullayev adına 2 saylı məktəbin həyətinə qoyaraq üzərinə də örtük çəkiblər ki, əklillər toz olmasın. Daha sonra isə Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Qurbanov Eyvazın müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yusubov Etibarın göstərişi ilə həmin əklillər zibilxanaya tökülmüşdü. Zibilliyə əklillərlə yanaşı Azərbaycan və Türkiyənin bayraqları da atılmışdı.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-09-2021, 17:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-09-2021, 17:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB