Azərbaycanda vakant müəllim yerlərinin sayı açıqlandı

Azərbaycanda orta məktəblərdə bütün fənlər üzrə 4925 vakant müəllim yeri var.
Bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin müdiri Murad Camalzadə bildirib.
Nazirlik rəsmisi deyib ki, may ayında İnsan Resursları Mərkəzi tərəfindən məktəblərdəki vakant yerlər haqqında məlumatlar sistemə daxil edilib.
Mərkəzin rəhbəri iyunun 3-dən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verildiyini xatırladıb. M.Camalzadə qeyd edib ki, namizədlər hazırda elektron sənəd qəbulu üçün şəxsi kabinetlərinə daxil olarkən vakant yerləri görə bilirlər.
M.Camalzadə əlavə edib ki, müsabiqədə iştirak edən müəllimlər öz istəklərinə uyğun vakant yer seçirlər, ondan sonra isə bal ardıcıllığı prinsipinə uyğun olaraq, onların yerləşdirilməsi aparılacaq.
Nazirlik rəsmisi bildirib ki, müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi ixtisas üzrə dəyişdiriləcək. Namizədlər yerdəyişmə müsabiqəsində diaqnostik qiymətləndirilmə və ya işə qəbul üzrə müsabiqədə topladığı balla iştirak edə bilərlər:
"Müəllimlərin ölkə üzrə diaqnostik qiymətləndirilməsi başa çatıb. Bu, o deməkdir ki, hər bir müəllimin diaqnostik qiymətləndirmə balı var. Namizədə şərait yaradılır ki, öz şəxsi istəyi əsasında istədiyi balı- diaqnostik qiymətləndirilmə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi balı seçə bilsin. Yəni namizədlər üçün onun iştirak etdiyi ən sonuncu imtahanın nəticəsini seçə bilməsi ilə bağlı məhdudiyyət qoyulmayıb”. (trend)
Paylaş:
Müəllif : Yazar
Tarix:7-06-2019, 16:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-06-2019, 16:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video