Prezident gömrük orqanları ilə bağlı fərman verdi

“Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları haqqında Əsasnamə”sində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.
Fərmanla gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması müəyyənləşib.
Gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması onların geyim əşyaları və fərqlənmə nişanlarının dəstidir.
İndiyədək fərqlənmə nişanlarına poqon, ulduzlar, qol və yaxa nişanları, kokarda, forma düymələri, qalstuk üçün sıxac, kant və lampas aid idi. Dəyişiklikdən sonra bu sıraya döş nişanı da əlavə edilib.
Məlumat üçün bildirək ki, fərqlənmə nişanları - geyim formasında rəmzlər şərti təsvir olunmaqla dövlət mənsubiyyətini, Dövlət Gömrük Komitəsinə və xüsusi rütbəyə mənsubiyyəti göstərir.
Həmçinin fərmanda qeyd olunub ki, gömrük orqanının vəzifəli şəxsinin xidmət etdiyi gömrük orqanını (qurumunu) müəyyənləşdirməyə imkan verən fərqlənmə döş nişanı bu Əsasnamənin 1.9-cu bəndində nəzərdə tutulmuş qaydalara uyğun olaraq daşınır.
Döş nişanı metal lövhədən hazırlanır. Uzunluğu 6 santimetr, eni 5 santimetr olmaqla, aşağı hissəsi ovalşəkillidir. Kənarları qızılı rəngli xətlə haşiyələnib. Yuxarı hissə tünd göy rəngdədir və həmin hissədə qızılı rəngli fon üzərində ağ rənglə Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin şəxsi qeydiyyat nömrəsi, sağ və sol kənarlarında isə qızılı rəngli sünbül təsviri həkk olunub. Döş nişanının orta sağ və sol kənarları tünd qırmızı rəngdədir, hər iki kənarda qızılı rəngli səkkizguşəli ulduz təsviri həkk olunub. Döş nişanının ovalşəkilli aşağı hissəsi tünd yaşıl rəngdədir və üzərində qızılı rəngli hərflərlə “Dövlət Gömrük Komitəsi” sözləri yazılıb. Orta (mərkəzi) hissədə Azərbaycan Respublikası gömrük orqanlarının bayrağının və Azərbaycan Respublikası gömrük orqanlarının embleminin təsviri həkk olunub. Nişanın yuxarı, orta və aşağı hissələrini bir-birindən qızılı rəngli haşiyələr ayırır. Metal lövhə qara rəngli süni dəridən hazırlanmış altlığa bərkidilib. Nişanın bərkidildiyi qara rəngli süni dəri altlığın yuxarı hissəsinin ortasında geyim formasına bərkidilmək üçün nəzərdə tutulan düymə dəliyi var.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-12-2020, 19:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-12-2020, 19:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 10:44
Bu gün, 10:38
Bu gün, 08:56
Dünən, 15:41
Dünən, 15:06
Dünən, 12:22
Dünən, 12:18
Dünən, 12:15

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II