“BIZİM SİLAHLARIN GÜNAHI YOXDUR...” - Paşinyanın ittihamları Rusiyanı qıcıqlandırıb

Bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan alınan Hava Hücumundan Müdafiə Sistemlərinin heç nəyə yaramadığını bildirib və Qarabağdakı acı məğlubiyyətin əsas səbəblərindən biri kimi də həmin sistemləri göstərib.
“AzPolitika.info” xəbər verir ki, Paşinyanın bu ittihamları Rusiyanın hərbi sənaye kompleksinin nümayəndələri və mütəxəssislər tərəfindən narazılıqla qarşılanıb.
Paşinyan ermənilərə növbəti müraciətində deyib ki, 2017-ci ildə, yəni o, hakimiyyətə gəlməzdən əvvəl Rusiyadan 42 milyon dollara alınan Radioelektron mübarizə(REM) sistemləri Qarabağ müharibəsi dönəmində heç nəyə yaramayıb: “Xanımlar və cənablar, erməni ordusu üçün 2017-ci ildə 42 milyon dollara aldığınız sistemlər məlum oldu ki, sadəcə, işləmirlər.”
Paşinyan özündən əvvəlki hakimiyyətlərin 20 il ərzində effektli hava hücumundan müdafiə sistemləri almaq əvəzinə korrupsiya ilə məşğul olduqlarını deyib: “Bəli, 2 ilə biz bunu edə bilmədik. Bəs, siz niyə 18-20 ilə bunu etməmişdiniz, amma xaricdə adalar, mülklər, evlər ala, İsveçrə banklarına pul yığa bilmişdiniz”.

Rusiya istehsallı REM sistemlərini yararsız adlandıran Paşinyana cavab isə gecikməyib. Artıq bir çox rusiyalı hərbi mütəxəssislər bildiriblər ki, günahı onların sistemlərində yox, Ermənistanın ordu quruculuğundakı səhvlərdə və mütəxəssislərin olmamasında axtarmaq lazımdır.
Məsələn, rusiyalı tanınmış hərbi ekspert, hərb eilmləri doktoru Konstantin Sivkov deyib ki, ermənilərin Qarabağdakı məğlubiyyətinin səbəbi Rusiya REM sistemlərinin acizliyində yox, Ermənistan rəhbərliyinin düzgün silah seçimi edə bilməməsindədir: “Hərbçilər Azərbaycan PUA-larının güclü zərbəsi altında qaldılar. Birincisi, baxmaq lazımdır ki, onlar hansı REM sistemlərini alıblar. Çünki hər PUA üçün ayrıca REM sistemi var.”

Mütəxəssis qeyd edib ki, Ermənistanın aldığı REM sistemləri ümumiyyətlə PUA-lar və kiçik aviasiya üçün nəzərdə tutulmamışdı. Azərbaycan isə məhz onlardan kütləvi şəkildə istifadə edib. Sivkov həmçinin qeyd edib ki, Ermənistanın məğlubiyyətinin əsas səbəblərindən biri də ordunun şəxsi heyətinin hazırlıq səviyyəsinin aşağı olmasıdır və günahı başqa yerdə axtarmağın mənası yoxdur.
Bir sözlə, göründüyü kimi, Ermənistan və onun havadarları Qarabağ müharibəsindəki məğlubiyyətin günahını bir-birilərinin üzərinə atmaqdadırlar. Azərbaycan Ordusunun qələbəsini isə daha çox PUA-larla əlaqələndirməyə çalışırlar.
Lakin bu müharibə göstərdi ki, Azərbaycan Ordusu təkcə müasir silahlar vasitəsilə deyil, şəxsi heyətin, yəni Azərbaycan əsgərinin şücaəti hesabına qəıləbə qazandı. Hərb tarixinə düşəcək Şuşanın azad olunması əməliyyatı bunun bariz nümunəsidir.
Paylaş:
Müəllif : Fuad
Tarix:10-12-2020, 14:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:10-12-2020, 14:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB