Norveç parlamentinə kiberhücum olub – Nazir Rusiyanı ittiham edir
Norveçin xarici işlər naziri Ine Eriksen Soereide oktyabrın 13-də deyib ki, ötən avqustda onun ölkəsinin parlamentinə qarşı keçirilmiş kiberhücumun arxasında Rusiya dayanır. Moskva bu ittihamı düşünülmüş təxribat adlandıraraq rədd edib.
Norveç parlamenti sentyabrın 1-də bildirmişdi ki, bundan bir həftə əvvəl kiberhücuma məruz qalıb və bir neçə millət vəkili və parlament işçisinin elektron poçtlarına haker müdaxiləsi olub. Ine Eriksen Soereide deyib: “Əldə olan informasiyaya görə müdaxilənin arxasında Moskvanın dayandığını söyləmək olar”.
Onun sözlərinə görə, Norveç Rusiya ilə praqmatik münasibətlər istəyir, amma özünün demokratik təsisatlarına qarşı bu sayaq hücumlara dözümlülük göstərə bilməz.
Rusiyanın Oslodoka səfirliyi ittihamları rədd edib və bildirib ki, Norveç hökumətindən bu ittihamlarla bağlı izahat gözləyir. Səfirliyin “Facebook” səhifəsindəki bəyanatda deyilir: "Oktyabrın 13-də Norveç hakimiyyət orqanları Rusiyanı Şortinqə (Norveç parlamenti – red) “kiberhücumda” ittiham edib. Heç bir sübut təqdim olunmayıb. Biz ölkəmizə qarşı belə ittihamları qəbul edə bilmərik və bunu düşünülmüş təxribat hesab edirik. Bu bizim qarşılıqlı münasibətlərimizə ziyan vura bilər. Biz Norveç tərəfindən izahat gözləyirik”.
Xatırladaq ki, NATO üzvü olan Norveçin Rusiya ilə Arktika hövzəsində ortaq sərhədi var.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2020, 12:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-10-2020, 12:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:03
ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir
Dünən, 11:29
Binəqədi rayon 248 saylı məktəbdə cəngəllik qanunları - Emin Əmrullayevin bundan xəbəri var?
Dünən, 11:28
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:vəzifə təyinatları, aylıq paketlər və s.
Dünən, 11:14
" 4 ildir məni aldadırlar..." - Raket zərbəsindən xəsarət alan Gəncə sakini Prezidentə müraciət etdi...
17-05-2024, 15:10
Körpə Zəhra təcili Türkiyəyə getməlidir: Anası qızıllarını satsa da, məbləğ tamamlanmayıb - FOTO
17-05-2024, 10:31