Gülnarə Kərimova koloniyaya köçürülüb

Ötən gün saxlanılan Özbəkistanın eks-prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova koloniyaya yerləşdirilib. “Qafqazinfo”nun “REN TV”yə istinadən xəbərinə görə, bu barədə Özbəkistan Baş Prokurorluğu məlumat yayıb.
Bildirilir ki, 2017-ci il dekabrın 18-də haqqında Daşkənd məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum etmə qərarı verilən Kərimova internetdən istifadə etməklə, eləcə də dəymiş zərəri dövlətə ödəməkdən imtina etməklə məhkəmənin onun qarşısında qoyduğu öhdəlikləri sistematik olaraq pozub və bu səbəbdən koloniyaya yerləşdirilib.
Xatırladaq ki, 2013-cü ilin oktyabrında Özbəkistanda Gülnarə Kərimovaya qarşı 2001-2013-cü illərdə cinayətkar qruplaşmanın tərkibində xərac toplama və vergidən yayınma ittihamları üzrə cinayət işi açılmış, 2015-ci ilin avqustunda məhkəmə onun haqqında 5 illik azadlıqdan məhrumetmə hökmü çıxarmışdı. 2017-ci ildə isə Özbəkistan Prokurorluğu Kərimovaya qarşı bir sıra ittihamlar üzrə istintaqın davam etdiyini bildirərək onun haqqında həbs qətiimkan tədbiri seçmişdi. Hər iki cinayət ittihamı üzrə dəyən zərərin məbləği 2 milyard dollar göstərilib. Qruplaşmanın 12 ölkədə, o cümlədən Rusiyada 1,5 milyard dollar məbləğində səhmlərinə həbs qoyulub.
Paylaş:
Müəllif : Redaktor
Tarix:6-03-2019, 15:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:6-03-2019, 15:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 15:06
Bu gün, 10:26
Dünən, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb