reklam
Regionxeberlericom.az » Cəmiyyət » Kamil Zeynallı İcra başçısına səsləndi: "Oturduğunuz kreslo..." - İcra hakimiyyətindən cavab - VİDEO

reklam

Kamil Zeynallı İcra başçısına səsləndi: "Oturduğunuz kreslo..." - İcra hakimiyyətindən cavab - VİDEO


Xüsusi karantin rejimi dövründə bəzi xeyriyyə qurumları və imkanlı şəxslər, ehtiyacı olanlara kömək etməyə, onların maddi ehtiyaclarını qarşılamağa çalışırlar. 
Həmin şəxslərdən biri də Kamil Zeynallıdır. Onun bu dövrdə belə insanlara etdiyi yardımlar haqqında dəfələrlə xəbər vermişik və bu yardımı əks etdirən görüntüləri də təqdim etmişik. Lakin Kamil Zeynallı Pirallahı rayonunda belə ailələrdən birinin evində lentə aldığı görüntülərdən birində iddia edir ki, həmin ailəyə də dəstək olmaq istəyir, ancaq rayon icra hakimiyyəti buna mane olur. Balaca evdə 6 nəfər yaşayan ailəyə ev tikmək istəyən Kamil Zeynallıya icra hakimiyyətindən bildirilib ki, sözügedən ailənin yaşadığı ərazi plana düşür və orada ev tikilə bilməz. K. Zeynallı iddia edir ki, ev üçün icra hakimiyyətindən 2 sot torpaq istəsə də, mənfi cavab alıb. Kamilin sözlərinə görə onu Pirallahıya kasıb ailələrə kömək məqsədi ilə gətirən İnci adlı xanıma da icra hakimiyyəti tərəfindən təzyiq göstərilib. Bu isə imkansız ailələrə dəstək göstərən Kamili əsəbiləşdirib və o, Pirallahı rayon icra başçısına səslənib. 
Həmin kadrları təqdim edirik:

Məsələ ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan Yeniavaz.com-a bildirildi ki, sözügedən ailənin borcları Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən ödənilib və ailədən iki nəfərə iş verilib: “Son zamanlar  “Covid-19” virusunun yayılmasını əsas tutaraq bəzi “xeyriyyəçilər” digər mənbələrdən bəhrələnərək yardım və köməklik adı altında özlərinə divident qazanmağa çalışırlar. 
Adı sosial şəbəkələrdə hallanan Şaharov Oktay Əlifyar oğlu özü və 5 nəfər ailə üzvü ilə birgə Pirallahı rayonu, Pirallahı qəsəbəsi, Kamil Rzayev  küçəsi, yeni sahə ünvanında yerləşən dənizkənarı bağ sahəsində məskunlaşmışdır. Şaharovlar ailəsi bütövlükdə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin inzibati binasında pasport qeydiyyatındadırlar. Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən ailənin içməli su və enerji təchizatı məsələləri həll olunmuş, yaranmış borclar ödənilmişdir. Ailəyə mütəmadi olaraq ərzaq  və maliyyə yardımları edilməkdədir.
Şaharovlar Ailəsinin 2 üzvü - Şaharova Nisə İman qızı və Qəmbərova Samirə Oktay qızı cənab İlham Əliyevin göstərişi ilə yaradılmış “Dost iş mərkəzi” MMC-də dalandar kimi işlə təmin edilmişlər ki, bu da öz növbəsində ailənin maddi durumuna müsbət təsirini göstərmişdir. Belə ki, ailənin qeyd olunan iki üzvünün dövlət tərəfindən verilən aylıq məvacibi ümumilikdə 482 azn təşkil edir. Bundan əlavə digər müavinətlər hesabına ailənin büdcəsinə daha 450 azn daxil olur. Ümumilikdə ailənin aylıq gəliri 932 azn təşkil edir”.
İcra hakimiyyəti həmçinin, Kamil Zeynallını yaranmış vəziyyətdən istifadə etməyə çalışan populist adlandırıb: “Az öncə özünü qeyd etdiyimiz “xeyriyyəçi” kimi qələmə verən Kamil Zeynallı yaranmış vəziyyətdən sui-istifadə edərək, sadəlövh insanlara məqsədyönlü şəkildə psixoloji təsir göstərərək, digər şəxslərin maliyyə vəsaiti hesabına edilmiş cüzi yardım qarşılığında vətəndaşları yerli icra hakimiyyəti orqanlarına qarşı qaldıraraq onların işgüzar fəaliyyətinə kölgə salmaq istəyir.
Pirallahı rayon İcra Hakimiyyəti olaraq vətəndaşlara müraciət edirik ki, bu cür populist fikirli hərəkətlərə aldanmasınlar. Arxayın olsunlar ki, dövlət hər zaman hər bir vətəndaşının yanındadır!”.
İcra hakimiyyətindən Şaharovların yaşadığı “mənzil” və problemin necə həllolunacağı ilə bağlı heç nə deyilmədi.


Paylaş:


Müəllif : Tarix:
14-04-2020, 13:19
Sikayət   


loading...
Загрузка...