Azərbaycanda işə düşən rus qadın: "Allahdan qorxmayanlarla üz-üzəyəm"
Rusiya vətəndaşı Kseniya Kukova Yevgeniyevna deyir ki, iki ildir Azərbaycanda ədalət axtarışındadı. İndi də Ali Məhkəməyə ümid edir.
Kseniya Kukova Bizimyol.info-ya danışır ki, 2017-ci ildə Azərbaycanda iş qurub, kiçik sahibkarlıqla məşğul olmağa başlayıb. Şərikləri ilə qurulan işdən aybaay vergi ödənib, Azərbaycan vətəndaşları işə götürülməklə onlara maaş verilib. Dediyinə görə, iki illik gərgin əmək sayəsində onun rəhbərlik etdiyi "E.Mi Baku" kifayət qədər müştəri toplayıb, stabil gəlir gətirməyə başlayıb. Onun sözlərinə görə, şəriklərilə problemləri də həmin vaxtdan yaranıb. İş məhkəməyə qədər gedib çıxıb.
Kseniya Kukova başına gələnlər haqda dövlət başçısına, Ali Məhkəmənin sədrinə də məktub yazıb. O, xüsusən məhkəmə ədalətsizliyindən şikayətlənir.
"Allahdan qorxmayan ədalətsiz məhkəmələrlə üz-üzəyəm. Sizə, ölkənin xarici və daxili nüfuzunu daima qoruyan şəxslərə şikayətim var. Mən Rusiya vətəndaşıyam, Azərbaycan dilində danışa, yaza bilmirəm. Burada mənim yardım diləyəcək qohumum, yaxınım yoxdur. Son ümidim sizsiniz...", - deyə Prezidentə yazıb.
O bildirir ki, Azərbaycana gəlişinin səbəbi iş təklifi olub. Məqsəd Türkiyə vətəndaşı Mesut Mustafa Demirtaşın həyat yoldaşı Melek Demirtaşın təklifi ilə böyük gözəllik salonunun açılması idi: "Gözəllik salonu açıldı, mən Rusiyada treninqlərə qatıldım, işin hallarından kommersiya məqsədinin ciddi olduğunu sandım, həvəsləndim, inandım. Mesut Demirtaş dedi ki, xarici vətəndaş kimi, qeyri-rezident olduğu üçün investor kimi çıxış edə bilməyəcək. Öz ölkəsində pulun hardan əldə edilməsi barədə müvafiq qurumlardan sorğu-sualın olmasından ehtiyatlanır. Bizim, yəni Mələk və mənim təsisçi kimi çıxış etməyimizi xahiş etdi. Bildirdi ki, 185 min manat gözəllik salonunun təmir xərclərinə sərf olunacaq. Dedi ki, təmir xərclərini özü şəxsən qarşılayır, rəsmi olaraq isə şirkət təsisçiləri 30/70 ekvivalenti ilə yoldaşının və mənim adıma olacaqdır".
Kseniya Kukova deyir ki, gözəllik salonu tam istismara verildiyi vaxtdan Mesut Demirtaş bəzi sənədlərin düzəlişi bəhanəsilə onu notariusa aparıb. Orada Kseniya 185 min manatlıq borc müqaviləsinə imza atıb. İddia edir ki, onu aldadıblar: "Azərbaycan dilini bilməməyimdən, ona tam etibar etməyimdən sui-istifadə edib, məni aldatdılar, 185 min manatla bağlı "borcun etirafı" müqaviləsinə imza atdırıblar. Bundan sonra mənə dedi ki, 185 min manat borcum olduğunu rəsmi qaydada etiraf etmişəm".
Kseniya Kukova aldadılması ilə əlaqədar məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi iddiasını təmin etməyib. O, qərardan şikayət verib. Bakı Apellyasiya Məhkəməsi onu haqlı olması nəticəsinə gəlib, şikayətini təmin edib.
"Mən məhkəmədə Mesut Demirtaşın söylədiklərini təkzib edən səs yazılarını təqdim etmişəm. Orada o, 185 min manatı gözəllik salonunun təmirinə xərclədiyini deyir. Özü də təsdiq edir ki, pulu mənə verməyib, salonun təmir xərclərinə yönəldib. Sadəcə, mənim azərbyacan dilini bilmədiyimdən istifadə olunub, mənə məzmununu bilmədiyim ərizəyə imza atdırılıb".
Qarşı tərəf Bakı Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti verib. Fevralın 24-də Ali Məhkəmədə hakim Mehparə Əhmədovanın sədrliyilə bu işə baxılacaq: "Ehtiyatlanıram ki, qarşı tərəf əlaqələrindən istifadə edib, mənə qarşı növbəti ədalətsizliyə nail ola bilər. Ona görə də media vasitəsilə səlahiyyət sahiblərinə, Ali Məhkəmənin sədrinə səslənirəm, ədalətsizliyə imkan verməyin. Azərbaycana və onun məhkəmələrinə inamımı öldürməyin. Bu işin mənim üçün nə qədər vacib olduğunu bir Allah bilir..."
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-02-2020, 14:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-02-2020, 14:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:15
5-09-2025, 15:06
5-09-2025, 10:19
5-09-2025, 10:17
5-09-2025, 10:15
5-09-2025, 09:00
5-09-2025, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video