“BU İŞİN İSTİNTAQI DTX-ya VERİLMƏLİDİR” – “Xarici və yerli mafioz qüvvələr təşkil edə bilərdilər”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında cəmiyyətdə daha çox hüquq müdafiəçisi kimi tanınan Oqtay Gülalıyevin avtomobillə vurulması faktına münasibət bildirib.
Oqtay Gülalıyevə Allahdan şəfa diləyən BAXCP sədri deyib: “Öncə Oqtay Gülalıyevin həyatını xilas etmək üçün onu müalicəsini Türkiyədə davam etdirməyə göndərən Heydər Əliyev Fonduna hər bir vətəndaşımız kimi, mən də təşəkkürümü bildirirəm. Oqtay bəyin vurulmasını onun bəzi yaxın tərəfdarları adi avtomobil qəzası kimi qəbul etmir. Hətta sosial mediada onun avtomobillə vurulacağına dair hədələr alması barədə Cəmil Həsənlinin timsalında şahid ifadəsi ilə tanış oldum. Hadisə razılaşdırılmamış aksiyaların təşkil edildiyi dövrə təsadüf etdiyindən xarici və yerli mafioz qüvvələrin ictimai asayişi pozmaq üçün əhali arasında ciddi narazılıq və hiddət doğuracaq hadisələri təşkil edə bilməsi fərziyyəsi, eyni zamanda ictimai-siyasi xadim kimi Oqtay Gülalıyevdən fəaliyyətinə görə hansısa dairələr tərəfindən qisas alınması fərziyyəsi, o cümlədən digər fərziyyələr istintaq tərəfindən hərtərəfli araşdırılmalıdır. Məhz bu səbəbdən “ictimai sabitliyi pozmağa görə insanların həlak olmasına və sağlamlıqlarına zərər vurulmasına səbəb olan hərəkətlərin törədilməsinə görə məsuliyyət nəzərdə tutan” Cinayət Məcəlləsinin 214-cü (Terrorçuluq) maddəsinin, həmçinin “ictimai xadimin fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədi ilə həyatına sui-qəsd edilməsinə görə məsuliyyət nəzərdə tutan” 277-ci (Terror aktı) maddəsinin istintaq aidiyyatı Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Təhlükəsizlik Xidmətinə aid edildiyindən, Baş Prokurorun qərarı ilə cinayət işinin istintaqı DTX-ya tapşırılmalıdır. Ümid edirəm, DTX obyektiv araşdırmayla hadisə ilə bağlı ədalətli qərar qəbul olunmasını təmin edəcək, ölkəmizin imicinin korlanmasına imkan verməyəcək və bütün narahatlıqlara son qoyacaqdır”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-11-2019, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-11-2019, 11:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB