Gözünüz aydın, tibbi sığorta gəlir: - Maaşlardan hər ay 10 manat tutulacaq

2020-ci il yanvarın 1-dən etibarən icbari tibbi sığorta haqqı üçün maaşlardan 10 manat tutulacaq. Milli Məclis, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2%-i məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2%-i məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Aşağıdakı şəxslər illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək:
1. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər.
2. Mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər.
3. Müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər).
Ölkə əhalisinin 45 faizini təşkil edən imtiyazlı təbəqə üzrə isə sığortahaqqı dövlət büdcəsi hesabına ödəniləcək.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Sherg.az-a açıqlamasında bildirib ki, ölkəmizdə icbari tibbi sığortanın hazırlığı ilə bağlı müəyyən simptomlar üzdədir.
Professor qeyd edib ki, artıq “Təbib” adlı qrup yaradılıb, müəyyən xəstəxanalar bu qrupun tabeçiliyinə verilib, xəstəxanalara menecment qismində direktorlar təyin olunub:
“Amma bütün bunlar icbari tibbi sığortanın zahiri tərəfləridir. Daxili infrasturukturlar bağlı detallı açıqlamalar yoxdur. Ona görə dəqiq fikir söyləmək mümkün deyil.
İcbari tibbi sığorta həyata keçirilməmişdən öncə ilk olaraq əhalinin kateqoriyalarını müəyyən etməli idilər. 1992-ci ildə dövlətə bu məsələ ilə bağlı təkliflərimizi vermişdik. Azərbaycan reallığında insanları 4 kateqoriyaya bölmüşdük. Birinci kateqoriyaya tələbələr, kimsəsiz şəxslər, yəni gəlirləri olmayan, maaş almayan insalar daxil idi.
İkinci kateqoriyanı isə işsizlər əhatə edirdi. Azərbaycanda belə şəxslərin də sayı yetərincə çoxdur. Adətən dünyanın bütün ölkələrində işsizlər əmək birjalarında qeydiyyatda olurlar. Bizdə əmək birjaları yoxdur, ona görə də işsizlər dövlət büdcəsi hesabına maliyyələşir.
Üçüncü kateqoriya işləyən əhalidir. Dövlət və özəl sektorda işləyən şəxslər maaşları hesabına sığortalanır.
Dördüncü kateqoriya isə məmurlar və biznesmenlərdir. Onlar xüsusi qaydada sığortalanır. Beləliklə əhalinin bütün kateqoriyası sığortalanır və hər birinin əlində sığorta polisi vəsiqəsi olur”.
“Hansı tibbi xidmətlər sığortalanmalıdır?” sualına gəlincə, professor qeyd edib ki, ilk növbədə doğuş və təxirəsalınmaz yardımların sığortalanmasına ehtiyac var:
“Dövlət xəstəxanalarının bütün həkimləri sığortaya cəlb olunmalıdır, onlar ilk növbədə fiks olunmuş maaş alınmalıdır, bu maaş kifayət qədər yüksək olmalıdır. Məsələn, ilkin olaraq 2 min manatadan başlanılsa, daha yaxşı olar. Bundan sonra gün ərzində baxılan sığortalı xəstədən başqa digər xəstələr olarsa, onlara Sığorta Fondu tərəfindən əlavə ödənişlər hesabına müayinə olunur. Ümumiyyətlə, bu sahədə xeyli qarışıq məsələlər var ki, Azərbaycan reallıqları ilə həll olunur. Təklif edirəm ki, Türkiyənin yolu ilə gedək. Çünki Türkiyə qardaş ölkədir və bizim aramızda inteqrasiya olunmalıdır. Gələcəkdə də sistemlərimiz bir-birinə nə qədər yaxın olsa, bu inteqrasiyalar bir o qədər yaxşı olar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2019, 16:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-11-2019, 16:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB