Gənc qızın ölümündə günahlandırılan klinika rəhbəri və həkim şikayətini geri götürdü
“StarMed” klinikasında cərrahiyyə əməliyyatı zamanı 18 yaşlı qızın ölümündə təqsirləndirilən cərrah Sənan Mehdiyev və klinikanın direktoru Cəbrayıl Sultanovun barələrində olan hökmlərdən verilən kassasiya şikayətinə baxılıb.
regionxeberlericom.az Oxu.Az-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qeyd edilib ki, onlar kassasiya şikayətinin geri götürülməsi ilə bağlı məhkəməyə müraciət ediblər.
Ali Məhkəmə hər iki şəxsin müraciətlərini təmin edib.
2015-ci ilin mart ayında “StarMed” klinikasında qeyri-müəyyən şəraitdə əməliyyat vaxtı yeniyetmə 18 yaşlı Leyla Mürsəlova vəfat edib. Bununla bağlı Yasamal Rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daha sonra əməliyyatı aparmış cərrah Sənan Mehdiyev, anestezioloq Emin Quluzadə və klinikanın direktoru Cəbrayıl Sultanov cinayət işinə cəlb edilib. Onların barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə əlavə ittiham irəli sürülüb.
Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən S.Mehdiyev 8 ay 23 gün müddətinə azadlıqdan məhrum edilib. Onun azadlıqdan məhrumetmə cəzası əvvəllər barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə əvəzlənib və cəzası çəkilmiş hesab olunub.
Məhkəmənin hökmü ilə E.Quluzadə iki il müddətinə azadlıqdan məhrum edilib. Lakin məhkəmə onun cəzasını ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduğu üçün məntəqə tipli cəzaçəkmə ilə əvəz edib.
C.Sultanov barəsində isə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və ona şərti cəza verilib.
Hər üç həkim hökmdən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində onların şikayəti təmin edilməyib.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-11-2019, 17:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-11-2019, 17:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 20:49
Dünən, 13:52
Dünən, 12:02
Dünən, 11:53
12-09-2025, 15:04
12-09-2025, 14:39
11-09-2025, 20:43

Yaponiya siyasi dəyişikliklər ASTANASINDA - Ölkə tarixində ilk qadın baş nazir seçilə bilər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB