Türkiyənin ilk yerli uçan avtomobili insanlı uçuşlara başladı
Türkiyədə istehsal edilən və “AirCar” adı verilən ilk yerli uçan avtomobil artıq insanlı uçuşlara start verib.
RegionXəbərləricom.az musavat.com-a istinadən xəbər verir ki, Kocaeli vilayətində keçirilən sınaq uçuşunda, layihənin inkişaf etdiriciləri bu texnologiyanın real istifadəyə hazır olduğunu sübut ediblər.
Layihə rəhbərlərinin sözlərinə görə, bu sahədə dünyada cəmi beş şirkət fəaliyyət göstərir və Türkiyə həmin beşliyin içində yer alır:
“Bu alanda dünyada sadəcə 5 firma var və onlardan biri bizik,” – deyə mütəxəssislər vurğulayıb.
İki fərqli model üzərində sınaqlar keçirən türk mühəndisləri, artıq hər iki vasitə ilə insanlı uçuşlara başladıq deyə açıqlayıblar.
Şirkət nümayəndələrinin bildirdiyinə görə, “AirCar”ın İstanbul Boğazı kimi şəhər içi hava marşrutlarında istifadəsi planlaşdırılır:
“İstanbul Boğazı rotası AirCar üçün çox uyğundur. Hündürlüyə çox çıxmadan, bir sahildən digər sahilə keçidlər mümkün olacaq. Hətta adalara servis xidməti də göstərilə bilər,” – deyə qeyd olunub.
Bununla yanaşı, Türkiyənin çətin keçilən bölgələrinə həm yük, həm də insan daşımalarının həyata keçirilməsi də yaxın gələcəkdə nəzərdə tutulur.
Bu texnoloji nailiyyət Türkiyənin innovativ nəqliyyat vasitələri sahəsində qlobal bazarda ön sıralarda yer almaq potensialını nümayiş etdirir.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-05-2025, 13:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Dünən, 10:19Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO
Dünən, 10:17TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Dünən, 09:00Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...
Dünən, 08:30Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR
4-09-2025, 16:01FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?
4-09-2025, 15:59Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi
4-09-2025, 15:58Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır
Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video
4-09-2025, 09:3240 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO
4-09-2025, 09:07