Sabiq müdafiə naziri həbs edildi

Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın sabiq müdafiə naziri İrakli Okruaşvili barəsində əvvəl təyin edilmiş 20 min lari məbləğində girovu ləğv edərək, onu həbs qətimkan tədbiri ilə əvəz edib.
Hurriyyet.Az xarici KİV-ə istinadən xəbər verir ki, İ.Okruaşvili məhkəmə zalında həbs edilib.İttihamçı tərəfin nümayəndəsi, prokuror Natia Tatiaşvilinin sözlərinə görə, Okruaşvilinin istintaq və məhkəmə orqanlarına münasibəti, həmçinin onun qanuni tələblərə əməl etməməsi bu qərarın verilməsində əsas rol oynayıb. Prokuror bildirib ki, sabiq nazir təyin olunmuş girovu müəyyən edilmiş müddət ərzində ödəməyib və zaminliyin şərtlərini pozub:
“Təqsirləndirilən şəxs məhkəmənin qərarını və hakimin qanuni tələbini nəzərə almayıb. Girov şərtlərinin pozulması ilə yanaşı, Okruaşvili digər müttəhimləri də girov məbləğini ödəməməyə və məhkəmə qərarlarına əməl etməməyə təşviq edib”, – deyə Tatiaşvili bildirib.Qeyd edək ki, 2025-ci il aprelin 8-də Tbilisi Şəhər Məhkəməsi İrakli Okruaşvilinin parlamentin müvəqqəti istintaq komissiyasının iclasında iştirak etmədiyi üçün onun barəsində 20 min lari məbləğində girovla həbs qətimkan tədbiri seçmişdi. Lakin mayın 8-də girovla bağlı müddət başa çatsa da, sabiq nazir bu öhdəliyi yerinə yetirməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-05-2025, 08:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO