Azərbaycanda avro bahalaşdı: növbə dollarındır? – Açıqlama
Azərbaycan Mərkəzi Bankı (AMB) bu günün valyuta məzənnələrini açıqlayıb. Belə ki, 2025-ci il martın 3-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0465 manat olub. Avro isə 1,7710 manatadək bahalaşıb. Bu proses isə dolların aqibəti ilə bağlı məsələni gündəmə gətirib.
Avrodan sonra dollar da bahalaşa bilərmi?
Globalinfo.az-a danışan iqtisadçı Eldəniz Əmirov deyib ki, Azərbaycan Mərkəzi Bankı manat və avro deyil, dollar və manat arasında olan münasibətləri tənzimləyir:
“Yəni makroiqtisadi sabitliyin qorunması üçün manatın məzənnə stabilliyinin saxlanması siyasəti davam etdirilir. Bu baxımdan 1 dollar 1 manat 70 qəpik olaraq müəyyən olunur. Dollar avro qarşısında ucuzlaşarsa, bu, mahiyyət etibarı ilə avronun bahalaşması deməkdir. Çünki dollar manatla tənzimləndiyi üçün onun digər valyutalar qarşısında bahalaşması və ya ucuzlaşması birbaşa manatın həmin valyutalar qarşısında bahalaşması yaxud ucuzlaşmasına gətirib çıxarır. Yəni bu, avro-manat münasibətləri deyil, avro-dollar münasibətlərindən qaynaqlanır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-03-2025, 14:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….