Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktoru cərimələndi
Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru 1 500 manat cərimə olunub. Buna səbəb isə tibb bacsısının haqsız yerə işdən azad edilməsi olub.
RegionXəbərləricom.az Musavat.com-a istinadən xəbər verir ki, direktor Günay Muradova İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsi ilə 1 500 manat cərimə edilib.
Əldə edilən məlumata görə, xəstəxananın əməkdaşı Elnarə Şıxıyeva Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən vəzifədən azad olunub. Elnarə Şıxıyeva bundan müvafiq qurumlara şikayət verib.
Araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qərar qəbul edib ki, Elnarə Şıxıyevanın işdən çıxarılması zamanı əmək qanunvericiliyinin tələbləri pozulub.
O da məlum olub ki, Elnarə Şıxıyeva barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən vəzifədən azad edilməsi barədə qərar qəbul edilsə də, sonradan bu qərar icra edilməyib. Elnarə Şıxıyevaya tibb məntəqələrindən birində kiçik tibb bacısı işləməsi təklif olunub. E.Şıxıyeva bununla razılaşmadığı üçün işdən azad edilib.
Günay Muradova cərimə edilməsindən narazı qalaraq məhkəməyə müraciət edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-01-2025, 21:02
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Unikal hadisə: ABŞ-də həbsdə olan və Rusiyaya təhvil verilən Aleksandr Vinnikə "təmiz səhifə" açıldı

Deyəsən, xalqımız Sahil Babayevi gündüz “əli çıraqlı” axtarmalı olacaq... - GÖRÜNƏNİ BUDUR...

“Hindistan nə tələb edirsə, biz də onu tələb edəcəyik" - Tramp Hindistan baş nazirini hədələdi

DAŞDAN PUL ÇIXARANLAR: İş adamı, icra başçısı və regional Ekologiya İdarəsi rəisi... - İTTİHAM VAR...

“Range Rover”lə 4 nəfərin ölümünə görə yüngül cəza almışdı - Daha bir güzəşt istəyir

Məhkəmə Tramp administrasiyasını digər ölkələrə yardım göstərməyə məcbur edən qərar çıxarıb - TASS

AAAF Parkda Ulu Öndərə növbəti hörmətsizlik– İş adamı Vüqar Səidzadə dövlət atributlarını dayanacağa qoydu