Evi sökülən vətəndaş günlərdir niyə küçədə yaşayır? - Fotolar

Bir neçə gün öncə gecə saatlarında Bakının Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında söküntü işlərinin aparılması və orada yaşayan Afət Quliyevanın evindən zorla çıxarılması ilə bağlı xəbər vermişdik.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Afət Quliyeva hadisədən sonra günlərdir ki, küçədə yaşayır. Hər gün hissə-hissə yararsız hala düşmüş əşyalarını dağıntılar altından çıxarır.
Məsələ ilə bağlı ərazidə söküntü işlərini aparan “İbrahim Q” MTK-nın vəkili Yavər Yavərzadə ilə əlaqə saxladıq. Şirkət nümayəndəsi A.Quliyevanın hadisədən sonra yaşayış yeri ilə təmin edilib-edilmədiyi haqda sualımıza belə cavab verdi: “Bununla bağlı vəziyyət tam başqadır. Bəli, həmin şəxsin mənzilinə zərər yetirilib. Bununla bağlı hüquq-mühafizə orqanlarında iş aparılır. Lakin həmin mənzilə zərər yetirilən vaxtdan həmin şəxsə müvəqqəti yaşayış üçün kirayə mənzil tutulub. Həmin mənzilin biraylıq dəyəri də ödənilib”.
Y.Yavərzadənin sözlərinə görə, vətəndaşın sahib olduğu 13,5 kv metr sahənin əvəzinə ona iki alternativ təklif irəli sürülüb - ya bu sahənin yerinə həmin ərazidə 50 kv metr təmirli mənzil və bu mənzil ona təhvil verilənə qədər kirayəpulu, ya da sahib olduğu mənzil və ona dəymiş zərər nəzərə alınaraq 100 min manat pul təklifi.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-07-2024, 14:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Bu gün, 20:15ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət
Dünən, 10:19Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO
Dünən, 10:17TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...
Dünən, 09:00Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...
Dünən, 08:30Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR
4-09-2025, 16:01FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?
4-09-2025, 15:59Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi
4-09-2025, 15:58Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır
Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video
4-09-2025, 09:32