Azərbaycanda ilk dəfə Elektrik Avtomobillərin Festivalı keçirilir

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçiriləcəkdir. Bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunur.
Tədbir ekoloji nəqliyyat vasitələrinin təbliği və onların üstünlüklərinin nümayişi məqsədini daşıyır.
Ekoloji nəqliyyat vasitələrinin əhəmiyyətini vurğulamaq və cəmiyyətə onların üstünlüklərini çatdırmaq üçün böyük bir imkan yaradacaq Festival Ağ Şəhərdə başlayacaqdır. Orada planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənəcəkdir.
Festivalın məqsədi elektrik avtomobil həvəskarlarını, eləcə də elektrik maşınları ilə bağlı tərəddüd edən insanları bir araya gətirmək, ekoloji təmiz mühitdə yaşamaq üçün elektrik avtomobillərinin əhəmiyyətini göstərməkdir.
Qeyd edək ki, Elektrik avtomobilləri sıfır emissiya ilə işləyərək karbon dioksid (CO2) və digər zərərli qazların atmosferə buraxılmasının qarşısını alır.
Bu, iqlim dəyişikliyi ilə mübarizədə mühüm addım olmaqla yanaşı, hava keyfiyyətini artıraraq insanların sağlamlığına xidmət edir.
Festivalda iştirak edərək dünyamız və ətraf mühit üçün faydalı bir tədbirin parçası olmaq istəyən elektrik avtomobillərinin sahibləri iyulun 5-dək Azərbaycan Avtomobil Federasiyasının [email protected] elektron ünvanı və ya +994502950100 mobil nömrəsi ilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Həm ekologiya, həm də mədəniyyət sahəsində böyük əhəmiyyət kəsb edən Festivalda musiqili proqram təqdim olunacaq və müxtəlif nominasiyalarda qaliblər təltif ediləcəkdirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-06-2024, 11:41
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video