Bələdiyyə sədri və şirkət rəhbəri həbs edildi

Ağdaşda vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə rayon prokurorluğu məlumat yayıb.
Bildirilib ki, rayonun Kotavan kənd bələdiyyəsinin sədri Rəşad Səmədovun vəzifə səlahiyyətlərini aşaraq bələdiyyənin ümumi yığıncağının qərarı olmadan “Abadlıq-2012” adlı MMC ilə tikinti aparılması barədə müqavilə bağlaması müəyyən edilib.
Həmçinin onun MMC-nin direktoru Əli Cəbiyevlə birgə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmaqla külli miqdarda dövlət əmlakını mənimsəmələrinə əsaslı şübhələr müəyyənləşib.
Ağdaş Rayon Prokurorluğunda istintaqı aparılan cinayət işi üzrə bələdiyyə sədri Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib. Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.
Bundan başqa, “Abadlıq-2012” MMC-nin direktoru Əli Cəbiyev isə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2 (külli miqdarda mənimsəmə), 188.3 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında həbs qətimkan tədbiri seçilib.
İş üzrə vurulmuş maddi ziyanın ödənilməsi və digər əhəmiyyətli halların müəyyən olunması istiqamətində istintaq tədbirləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-06-2024, 17:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video