“Qırx”a qədər başdaşı qoyulması problemi: “Din xadimləri bu yola öz bizneslərini qurub”
Azərbaycanda uzun illərdən bəribelə bir ənənə formalaşıb: vəfat edən şəxsin "qırx"ı çıxana qədər mütləq məzarına başdaşı qoyulmalıdır. Buna əməl etməyən oğul, qız övladını isə adətən qınaq obyektinə çevirirlər.
Ümumiyyətlə, ölünün "qırx"ı çıxana qədər məzar daşının qoyulması məsələsinə İslam dininin münasibəti necədir? Dinimizdə belə bir ehkam varmı?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, İslam dinində bu məsələ ilə bağlı heç bir tələb yoxdur:
“Ümumiyyətlə, İslam dini ölənin hansı formada yola salınması, ondan sonra yas verilməsi ilə bağlı heç nə demir. Çünki bu, İslamı maraqlandıran məsələ deyil. İslam və İslamın yeganə mənbəyi olan Quran dirilər üçün, dirilərə yol göstərmək, onlara xəbərdarlıq etmək məqsədilə göndərilib.
Bunu da təəssüflər olsun ki, ölülər üçün oxunan “Yasin” surəsinin 70-ci ayəsindən öyrənirik. Orada diriləri xəbərdar etmək üçün Quranın göndərildiyi bildirilir.
Allah “Yasin” surəsinin 21-ci insanlardan heç bir mənfəət güdməyənlərə tabe olunmasını istəyir.
Ona görə də başdaşı qoymaq, sinə daşı qoydurmaq, ölünün "qırx"ı çıxana qədər məzar daşının qoyulması və s. insanların sonrakı mərhələlərdə özlərindən çıxardığı bir yanaşmadır. Ola bilsin ki, məzar sexlərinin rəhbərləri ilə anlaşaraq və ya din xadimləri özləri belə sexlər açaraq bu cür fikirlər formalaşdırıb və öz bizneslərini qurublar.
Necə ki, məscidlərə o qədər insan gəlmir, amma onun yanındakı mərasim evinə məscidə gələndən qat-qat daha çox insan yığışır. Deməli, burada nə isə fərqli və qəribə məsələ var. Dində belə bir anlayış yoxdur və ölünün "qırx"ı çıxana qədər məzardaşı qoyulması məsələsinin dinə yaxından-uzaqdan aidiyyatı yoxdur”.
Əsmətxanım Rzazadə
Paylaş:
Müəllif : Fuad
Tarix:30-05-2024, 13:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video