reklam
Regionxeberlericom.az » Araşdırma » Əvvəl atasını öldürüb, sonra anasını gözləyib...

reklam

Əvvəl atasını öldürüb, sonra anasını gözləyib...

















Xəbər verdiyimiz kimi, bu gün Bakıda 1999-cu il təvəllüdlü Əhməd Əhmədov öz ailəsinin 5 üzvünü xüsusi amansızlıqla qətlə yetirib.

Dəhşətli hadisənin bəzi təfərrüatları bəlli olub.

Məlumata görə, Əhməd vaxtilə idmanla məşğul olub. Sonradan idmanda aldığı zədə onun sağlamlığına ciddi təsir edib. Bu səbəbdən 25 yaşlı gəncin mütəmadi olaraq Psixiatriya Xəstəxanasında yatdığı bildirilir.

Ailəni tanıyanların sözlərinə görə, Əhməd onlarla birgə yaşamayıb, onun üçün hətta avtomobil alınıb, başqa evdə yaşamasına da şərait yaradılıb.

Hadisə baş verən gün səhər tezdən Əhməd marketdən bıçaq istəyib. Lakin ilk girdiyi marketdən bıçaq ala bilmədiyi üçün başqasına yollanıb.

O, axşamtərəfi əvvəlcə atasını öldürüb.  Daha sonra əli qanlı marketin qarşısına düşüb, anasını gözləyib. Anası direktor olduğui məktəbdən gələndən sonra isə marketin arxa hissəsindən baltanı götürərək mənzilə tərəf qalxıb. Bu zaman market işçiləri polisə məlumat verib.

Buna qədər isə Əhməd anası ilə qardaşını öldürüb.

Qeyd edək ki, Əhməd Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.






Paylaş:


Müəllif : Tarix:
13-02-2024, 22:51
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər