Goranboyda polis niyə döyülüb? - Silahlı insidentin təfərrüatı

Goranboy rayonunda dünən baş verən silahlı insidentin səbəbi məlum olub.
Belə ki, içkili vəziyyətdə olan bir qrup vətəndaş ictimai yerdə toplaşaraq ucadan danışıb, söyüş söyürmüşlər. Bu zaman sahə müvəkkili, polis leytenantı Vüsal Kərimov və mühafizə polisi əməkdaşı Səfər Həsənov onlara yaxınlaşaraq intizamlı davranmağı bildiriblər. Sərxoş gənclər isə polislərlə mübahisə ediblər, sonda isə bu davaya səbəb olub.
Vətəndaşlar polisi və mühafizəçini döyməyə başlayıblar. Bir neçə nəfər tərəfindən döyülən leytenant Kərimov xidməti silahından havaya atəş açaraq onları özündən uzaqlaşdırmağa çalışıb. Bu zaman güllə V.Kərimovu döyənlərdən biri - Təbriz Əmrahovun sol gözündən dəyib. Daha sonra vətəndaşlar silahı polisin əlindən alaraq tapançanın qundağı ilə V.Kərimovun başına dəfələrlə vurublar. Mühafizəçi Səfər Həsənov da döyülmə nəticəsində xəsarət alıb. T.Əmrahov və iki polis əməkdaşı hazırda xəstəxanada müalicə olunurlar.
Goranboy rayon prokurorluğunda araşdırma aparılır.
Paylaş:
Müəllif : Redaktor
Tarix:13-07-2019, 10:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:13-07-2019, 10:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28
16-08-2025, 20:24
16-08-2025, 09:24

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.

Lökbatanda yaşayış binasında PARTLAYIŞ: “Silkələnməyə oyandıq, çölə çıxa bilmirdik” - Video