reklam
Regionxeberlericom.az » Araşdırma » «Yaşat» fondu şəhid ailələrinə - Belə Dəstək Verəcək - DETALLAR VƏ MEYARLAR AÇIQLANDI

reklam

«Yaşat» fondu şəhid ailələrinə - Belə Dəstək Verəcək - DETALLAR VƏ MEYARLAR AÇIQLANDI


Yeni yaradılan «Yaşat» fondu şəhid ailələri və yaradıların ailələrinə dəstək göstərəndə həmin ailələrin ehtiycaları və köməyin təcili olub-olmaması nəzərə alınacaq və buna görə müraciətlərə ballar veriləcək. 
Bu barədə ASAN Xidmətitn rəhbəri Ülvi Mehdiyev yeni yaradılan «Yaşat» Fondunun gələcək fəaliyyəti ilə bağlı məlumat verərkən bildirib.
Ü.Meyhdiyev bildirib ki, şəhidlər və yaralılara dəstək verilməsi üçün dövlətin ayrıca proqramları olsa da, cəmiyyətin özündə də bu ailələrə dəstək vermək üçün ciddi çağırış vardı. Məhz bu çağırışı nəzərə alaraq həmin təbəqəyə əlavə dəstək məqsədilə «Yaşat» fondu yaradıldı. Fondun idarəçisi və sərəncamçısı da ASAN Xidmət müəyyən edilib.
ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyev FED.az əməkdaşının da iştirakçısı olduğu toplantıda fondun necə fəaliyfyət göstərəcəyini, şəhid ailələrinə necə dəstək veriləcəyi ni və bu zaman istifadə olunacaq üsulları açıqlayıb.
Fond şəhid ailələrinə hansı məsələdə dəstək verəcək?
Prezidentin fərmanına uyğun olaraq Fond şəhid ailələrinə bir neçə istiqamətdə dəstək verəcək. Bunlar: (1) belə ailələrin kredit və borclarının qarşılanması, (2) məişət şəraitinin yaxşılaşdırılması, (3) müalicə xərclərinin ödənilməsi, (4) təhsil və təhsillə bağlı xərclərinin ödənilməsidir. Ülvi Mehdiyev bildirib ki, şəhid ailəsi üzvlərinə təhsil dəstəyi orta məktəbdən tutmuş xaricdə təhsilədək təhsilin bütün pillərinə aid olacaq.
Bundan başqa, şəhid ailəsi və qazilərin ailə üzvlərinə ayrıca tibbi sığorta üçün «Yaşat» kartı veriləcək. Bununla yanaşı, ASAN Xidmətin rəhbəri deyib ki, hazırda ehtiycaların ödənilməsi prsesi gedir və araşdırma nəticəsində əlavə dəstək istiqamətləri də ortaya çıxa bilər.
Fond neçə ailəyə dəstək verəcək?
Ü.Mehdiyev bildirib ki, döyüşlərdə vəfat edən və yaralananları da nəzərə alanda, Fondun xətti ilə ümumiliukdə 15 min ailəyə dəstək verilməsi nəzərdə tutulur.
«Biz ilk növbədə çalışırıq ki, bu ailələr heç bir yerə müraciət etməsinlər, onların ASAN Xidmətə gəlməsi də tələb olunmamalıdır. Biz özümüz onların qapılarına gedərək ehtiyaclarını öyrənməliyik» - deyə ASAN Xidmət rəhbəri bildirib.
Bunun üçün yeni yaradılan 69 qrup şəhid ailələri və yaralanan şəxslərin ailəsinə gedərək ətraflı məlumat toplayır və ehtiyacları öyrənirlər. Bu işlər təqribən 2 həftəyə başa çatmalıdır.
Amma ASAN Xidmətin rəhbəri bildirib ki, fondun dəstəyi təkcə bu dəfəki Qarabağ şəhidləri və qazilərə deyil, bu kateqoriyadan olanların hamısın əhatə edəcək.
Pulu şəffaf toplayıb ən vacib sahəyə xərcləmək - Fondun 2 vəzifəsi
Yuxarıda sadalanan dəstək tədbirlərini yerinə yetirmək üçün Fond iki əsas məsələni həll etməlidir.
Bunlardan birincisi, fonda vəsaitlərin daha şəffaf və səmərəli şəkildə cəlb edilməsi, ikincisi, ehtiyacı olan ailələri müəyyyən etmək, daha dəqiqi daha təcili və daha çox ehtiyacı olan ailələrə ilk növbədə dəstək göstərməkdir.
«İşimiz əsasən iki hissədən ibarətlir. Birincisi şəhid ailələri və əlillərin ehtiycalarını öyrənmək, ikincisi isə ianə etmək istəyənlər üçün şəffaf açıq və hesabatlılıqı olan platforma yaratmaqdır»-deyə Ü.Mehdiyev bildirib.
İlk növbədə hansı ailələrə dəstək verəcək?
Yuxarıda da qeyd edildiyi kimi, «Yaşat» fondunun qarşısında duran əsas məsələlərdən biri - ən çox və ən təcili ehtiyacı olan ailələri seçib ilk növbədə onlara dəstək verməkdir. Yəni ailələrin ehtiyacları ilə yanaşı, dəstəyin onlar üçün nə qədər vacib olması və nə qədər təcili lazım olması da nəzərə alınacaq. Yardıma təcili ehtiyacı olanlara ilk növbədə dəstək veriləcək. Eləcə də ailələrin iqtisad vəziyyəti nəzərə alınacaq. Daha ağır vəziyyətdə olanlara ilk növbədə dəstək veriləcək.
Bunun üçün «Yaşat» Fondunda xüsusi qiymətləndirmə sistemi qurulub. Sistem də ailələrin vəziyyəti  xüsusi meyarlar və əmsallar əsasında müəyyən ediləcək. Buraya - ailənin üzləşdiyi itki, ailədə işləyənlərin sayı və ya olub-olmaması, ailədəki uşaqların sayı, ailənin gəlirləri və sair aiddir. Bu göstəricilərdən asılı olaraq ailələrə dəstəyin növbəsi qurulacaq. Hər bir meyar üzrə daha yuxarıda olanlara ilk növbədə dəstək veriləcək.
Meyarlar aşağıdakı kimidir, amma onlar dəyişə bilər. 
Müraciətlərin statusu iki formada olacaq:
- şəhid ailələri
- döyüşdə yaralananlar
Fonda müraciət
- İlk dəfə
- İlk dəfə olmayan
Himayəsində 18 yaşadək uşaqların sayı
- 3 nəfərdən çox
- 3 nəfərə qədər
- Yoxdur.
Dövlət təltifinin olması
- Var
- Yoxdur
Ailənin aylıq gəliri
- 500 manata qədər
- 500-1000 manat
- 1000 manatdan yuxarı
Ailədə əməık qabiliyyətli şəxs sayı
- Yoxdur,
- 1 nəfərdir
- 1 nəfərdən çoxdur.
Dövlət tərəfindən hər hansı dəstək göstərilibmi
- Dəstək göstərilib
- Dəstək olmayıb.
Bu meyarları nəzərə alanda, məsələn ailədə daha çox uşaq olan ailələrə daha tez dəstək göstəriləcək. Və ya eyni göstəricilərə malik iki ailədən müraciət daxil olubsa, ilk növbədə gəliri daha az olan ailə dəstək alacaq. Yəni gəlirləri az olan, yəni daha kasıb ailələrə ilk növbədə dəstək veriləcək.Eləcə də işləyənlərin sayı daha az olan ailələrə ilk növbədə dəstək veriləcək.
«Yaşat» fonduna pullar necə toplanacaq?
Asan Xidmət rəhbərinin sözlərinə görə, artıq gələn həftə Yaşat-ın xüsusi elektron platforması, xüsusi portal yaradılacaq. Burada tam şəffaf və hesabatlı rejim qurulacaq. Eləcə də ödəmə etmək üçün imkan yaradılacaq.
Asan Xidmət rəhbərinin sözlərinə görə, şəhid və Qarabağ əlillərinin ailələrinə dəstək iki formada olacaq – ianələr və kraudfandinq.
İanələrlə bağlı vəziyyət aydındır – bu fiziki, şirkətlər və təşkilatlar tərəfindən fonda könüllü ödəmədir. 
Digər üsul isə pulların kraudfandinq üsulu ilə (yəni problemi elan edərək məhz bu problemin həlli üçün vəsaitin yığılması) toplanmasıdır.
Pulların kraudfantinqlə yığılması iki halda ola bilər. Birincisi, şəhid ailələri və Qarabağ əlillərinin ailələrinə təcili dəstək tələb olunarsa, və həmin vaxt fonddakı vəsaitlər kifayət etməyəndə. İkincisi isə, şəxsin bir problemi həll edilib, indi ikinci problemin  - prioritet sayılmayan probleminin həlli üçün vəsait axtarılır. «Bu zaman həmin şəxcsin icazəsi ilə onun problemi elan edilərək vəsaitin toplanmasına başlanacaq. Xatırladaq ki, bu üsuldan elə indi də sosial şəbəkələrdə istifadə edilir. Yəni problem elan edilir, hesab nömrəsi yazılır və dəstək göstərməyə çağırış edilir.
Başqa sözlə, Azərbaycanda ilk dəfə olaraq, dövlət tərəfindən yaradılan xeyriyyə təşkilatında kraudfandinq üsulundan istifadə ediləcək. Yəni konkret problemi olan ailə ilə bağlı elan veriləcək və insanlar bu problemin həlli üçün pul toplayacaqlar. 
«Yaşat»da da kraudfandinq elanı təqribən belə formada olacaq: «Ad: Banu Əliyeva, Ehtiyac: tibbi yardım, Status: Şəhid ailəsi, Əvvəl göstərilən dəstək tədbiri: borc öhdəliyi qarşılanıb»
Fonddakı pulların xərclənməsinə hamı nəzarət edəcək
«Doğrudur, fondun Himayəçilər Şurası var və bu şura onun fəaliyyətinə nəzarət edəcək. Amma düşündük ki, elə bir sistem qurulmalıdır ki, 50 milyon nəfər azərbaycanının hər biri rahat şəkildə daxil olaraq fondun bütün fəaliyyyətini izləyə bilsin»-deyə Ülvi Mehdiyev bildirir.
«İanə edən şəxslər üçün xüsusi kabinet yaradılacaq, istəyir bir manat və ya 1 milyon manat ianə etsin, fərqi yoxdur, insanlarımız ianə etdiyi məbləğin hara getdiyini və necə xərcləndiyini izləyib görə biləcəklər».


Paylaş:


Müəllif : Tarix:
20-12-2020, 12:42
Sikayət   


loading...
Загрузка...