Putinin dəstəyi ilə milyonçu olan idmançı - Rusiya mediası Anna Kabayevanın gəlirlərindən yazır

Rusiyanın bədii gimnastika üzrə olimpiya çempionu Alina Kabayeva Milli Media Qrupunda (MMQ) bir ildə göstərdiyi fəaliyyətinə görə 785 milyon 400 min rubl (5 milyon dollar) qazanıb.
Rusiyanın "The Insider" media platformasının yazdığına görə, Kabayevanın aylıq gəliri 65,5 milyon rubl (863 min dollar) təşkil edib. Sözü gedən media holdinqinin səhmdarlarından biri də Rusiya prezidenti Vladimir Putinin dostu və "Ozero" kooperativi üzrə keçmiş qonşusu Yuri Kovalçukdur.
Jurnalistlər iddia edirlər ki, onların Federal Vergi Xidmətinin bazasından əldə etdikləri məlumatlar səhihdir.
Bu məlumata görə MMQ holdinqi direktorlar şurasının sədri vəzifəsini daşıyan idmançı bu qədər gəliri yalnız 2018-ci ildə əldə edib. Onun başqa illərdəki gəlirləri məlum deyil.
Kabayeva MMQ holdinqi direktorlar şurasının sədri vəzifəsinə 2015-cü ildə gətirilib. O bundan əvvəl 6 il müddətində holdinqin ictimai şurasına rəhbərlik edib.
MMQ Rusiyada ən böyük özəl media holdinqidir. Bura federal 5-ci kanal və REN telekanalları, “Sport-ekspress” və İzvestiya qəzetləri daxildir. Bundan başqa holdinqin STS media və Rusiyanın ORT Birinci kanalında səhm payları var.
Oktyabr ayından qrup "Netflix" internet kinoteatrının Rusiya partnyoru olub.
2019-cu ildə Rusiyanın “Açıq media” qəzeti iddia edirdi ki, Kabayeva və onun ailəsi dəyəri 1 milyard rubldan (13 milyon dollar) çox daşınmaz əmlaka sahibdir.
Alina Kabayeva son dəfə 2013-cü ildə Dövlət Dumasının deputatı kimi əmlak bəyannaməsi verib. O vaxt o gəlirinin 11 milyon rubl (145 min dollar) olduğunu bildirirdi.
MMQ illik maliyyə hesabatları dərc etmir və və "The Insider"-in məqaləsini heç kim şərh etməyib.
2008-ci ildə "Moskovski Komsomolets" qəzeti yazmışdı ki, Rusiya prezidenti Vladimir Putin arvadından boşanıb və Alina Kabayeva ilə evlənmək istəyir. Bu məqalədən az sonra qəzet əvvəlcə nəşrini dayandırmış, sonra isə bağlanmışdı.
Lakin Rusiyanın bulvar mətbuatı prezident və idmançının ümumi uşaqlarının olduğu barədə xəbərlər dərc edir. Putin və Kabayeva şəxsi həyatları barədə heç bir şərh vermədiklərini bildirirlər. (Azadlıq radiosu)
Paylaş:
Müəllif : Fuad
Tarix:25-11-2020, 19:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-11-2020, 19:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 12:33
Bu gün, 12:29
Bu gün, 09:44
Bu gün, 08:42
Dünən, 14:43
Dünən, 11:59
Dünən, 11:52
24-08-2025, 08:26
24-08-2025, 08:22
23-08-2025, 19:00

VƏLİYEVLƏRİN TİCARƏT MƏRKƏZİ HƏRRACA ÇIXARILIR -Hər ay toplanan yüz minlər hara xərclənib?

“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri

Bu hospitalda cərrah əvəzinə "dəllal"lar işləyir: Nilufəri ÖLDÜRƏN HƏKİM niyə həbs olunmur? - VİDEO

"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!

Gədəbəydə 45 minlik müqaviləni icra edə bilməyən “RR TRAVEL COMPANY” iki yüz min manatlıq tədbiri necə təşkil edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri LƏĞV EDİLDİ

Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin müəlliminin işdən çıxarılması qanunsuz hesab edilib

Monako şahzadəsini təmsil edən tanınmış vəkil indi zibil qutularından yemək axtarır

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT