İntihar edən Naidə İsayevanın atası və qardaşı danışdı - ŞOK FAKTLAR

Nərimanov rayonu ərazisində intihar edən ibtidai sinif müəllimi Naidə İsayevanın haqqında deyilənlər həqiqəti əks etdirmir.
Bu barədə Naidə İsayevanın atası, Qarabağ qazisi Namiq İsayev Baku.ws-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, qızı sakit, tərbiyəli və ailəyə bağlı biri olub. Məktəbdə də onun xətrini çox istəyiblər.
“İndicə prokurorluqdan çıxdıq. Baş verənləri danışdıq. Sosial şəbəkələrdə ağıllarına gələni yazırlar. Onun adından başqa-başqa şeylər paylaşıblar. Ailədə də heç bir problem olmayıb”, - deyə Namiq İsayev bildirib.
Naidə İsayevanın qardaşı Nazim İsayev bildirib ki, bacısının adından səhifə açıblar və onu dəfələrlə narahat ediblər.
“Mən onsuz da ağrı yaşayıram, istəmirəm, ikinci ağrı yaşayım. Onun adından səhifə açıblar. Naidənin məktəbdən çəkilən şəklini qoyublar, yazıblar ki, “sosial mediada səni rəzil” edəcəyəm. Dəfələrlə belə şeylər olub. Evdə də heç nə bildirmirdi. İçinə salırdı.
İntim məsələsi haradan çıxdı, bilmirəm. Bu, bizim üçün ikinci zərbədir. Bunları hardan çıxarıblar? Bu şeyləri yığışdırmaq lazımdır.
Bu dağ mənim üstümdədir. Özünüzü mənim yerimə qoyun, danışın. İndi çalışırlar ki, onun adından səhifə açan adamı tapsınlar. Bütün müəllimə yoldaşları onun başına and içirdilər. Arzuları vardı”, - deyə Nazim İsayev bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-09-2020, 20:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-09-2020, 20:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:22
Dünən, 11:59
Dünən, 08:52
22-08-2025, 20:06

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….