reklam
Regionxeberlericom.az » Araşdırma » İsveç də koronavirusa qalıb gəlir – Yoluxmalar kəskin azaldı, ölümlər dayanb

reklam

İsveç də koronavirusa qalıb gəlir – Yoluxmalar kəskin azaldı, ölümlər dayanb


Hazırda Avropanın bir çox ölkələrində koronavirusa yeni yoluxmalar hətta pandemiyanın pik həddində belə qeydə alınmayıb. Ancaq virusa yüngül yanaşması ilə fərqlənmiş İsveçdə rekord az sayda yoluxma təsdiqlənir. Bu haqda “The Guardian” yazır.
Sentyabrın 15-də bu Skandinaviya ölkəsində yeddi günlük ortalama yoluxma sayı 108 olub ki, bu da martın 13-dən bəri ən aşağı rəqəmdir. Ötən həftəölkəüzrə 120 min testdən yalnız 1,2 faizi müsbət çıxıb.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin məlumatına görə, İsveçdə 100 min sakinə 14 günlük yoluxma sayı 22.2-dir. İspaniyada bu rəqəm 279, Fransada 158.5, Çexiyada 118, Belçikada 77, Britaniyada 59-dur. Bu ölkələrin hamısı yazda karantin tətbiq etmişdi.
İsveçdə gündəlik yoluxma sayı qonşuları Norveç və Danimarkadan aşağıdır. Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində 13 Covid-19 xəstəsi var, koronavirusdan yeddi günlük ölüm göstəricisi sıfıra bərabərdir.
“Bizdə xəstəlik bir çox ölkələrdəki kimi yenidən qayıtmır, – ölkənin baş epidemioloqu, karantinsiz strategiyanın memarı Anders Teqnell “France-24” televiziyasına deyib. O, ölkəsinin ümumi strategiyasından əsasən məmnun olduğunu bildirib.
Bir çox ölkələrdən fərqli olaraq İsveç yaşı 16-dan yuxarı olanlar üçün məktəbləri bağladı, aşağı sinifləri saxladı, hamının dərsə getməsində israr etdi. Hazırda məktəblər və universitetlər yenidən açılıb.
50-dən artıq şəxsin bir yerə yığışması yasaqlandı, yaşı 70-dən yuxarı və risk qrupunda olanlara özünü təcrid etmək tapşırıldı.
Ölkənin 10 milyonluq əhalisi üçün qadağalar qoyulmadı, onlardan fiziki məsafə gözləmək, mümkünsə evdən işləmək xahiş edildi. Mağazalar, barlar, restoranlar, idman zalları açıq qaldı, indiyədək maska taxmaq tövsiyəsi də irəli sürülməyib.
Teqnel deyir ki, məqsəd heç də kütləvi immunitetə nail olmaq deyil, səhiyyə xidmətlərinin gücünü aşmamaq üçün koronavirusun yayılmasını yavaşıtmaq olub. Onun fikrincə, İsveçin strategiyası uzun müddətə daha davamlı ola bilər.
Qəzet yada salır ki, İsveçin yanaşması həm ölkədə, həm də xaricdə tənqidləüzləşib. Ölkədə hər milyon nəfərə 574 ölüm düşüb və bu, Danimarkadan 5, Norveç və Finlandiyadan 10 dəfə böyük idi. Ancaq karantin tətbiq etmiş Britaniya, İspaniya vəİtaliyadan azdır.
Teqnel yüksək ölü sayınıümumi strategiya ilə deyil, ölkənin qocalar evlərində virusun faciəvi şəkildə yayılmasının qarşısını ala bilməməklə izah edib.
Oktyabrdan qocalar evlərinə ziyarətlərə qadağa qaldırılır.
Stokholmdakı Karolinska İnstitutunun epidemiologiya üzrə professoru Conas Ludviqson da İsveçin strategiyasını davamlı adlandırır.
“İndi digər ölkələrlə müqayisədə bizdə yayılma riski daha aşağıdır,– o deyib.
Fransada şənbə günü 10 min 500-dən çox yoluxma qeydə alınıb. İspaniyada ümumi yoluxma sayı 500 mini keçib. (azadliq.org)


Paylaş:


Müəllif : Tarix:
16-09-2020, 13:24
Sikayət   


loading...
Загрузка...