Dünyada koronavirusa görə məktəbə gedə bilməyən şagirdlərin sayı açıqlandı

BMT pandemiyaya görə təhsil ala bilməyən uşaqların sayından narahatdır. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun icraçı direktoru Henrietta For bildirib.
Forun sözlərinə görə, dünyanın 52 ölkəsində təhsil ala bilməyən uşaqların ümumi sayı 870 milyon nəfərdən çoxdur.
"Bu gün koronavirusun yayılmasının başlanğıcından 9 ay keçəndən sonra 872 milyon şagird, yəni demək olar ki, ümumi miqdarın yarısı 51 ölkədə hələ siniflərə qayıtmaq imkanlarına malik deyil", - BMT-nin Uşaq Fondunun icraçı direktoru bildirib.
O, eyni zamanda məktəbə getməyən uşaqların hamısının məsafədən təhsil almaq imkanına malik olmadığını və məktəb davamiyyətinin bir sıra şagirdlər üçün yalnız təhsil baxımından deyil, həm də immunlaşdırma və isti yemək almaq baxımından vacib olduğunu qeyd edib.
"Uşaqlar nə qədər məktəbdən kənar qalsalar, onların dərslərə qayıtma şansları o qədər az olacaq", - Henrietta For vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:16-09-2020, 08:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-09-2020, 08:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 08:22
Dünən, 11:59
Dünən, 08:52
22-08-2025, 20:06
22-08-2025, 09:44

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"