Erkin Qədirli Zeyal Nağdəliyevlə “görüş” məsələsindən danışdı

“Cəmil Həsənli məni Prezident Administrasiyasında şöbə müdiri olan Zeynal Nağdaliyevlə "görüşdürmüşdü", indi də, baxıram, Gültəkin Hacıbəyli məni Prezident Administrasiyasının başqa bir şöbə müdiri Ədalət Vəliyevlə "görüşdürüb".
Bunu Respublikaçı Alternativ Partiyasının (REAL) qurucu üzvü, deputat Erkin Qədirli bildirib. O, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin iddialarını yalan adlandırıb.
“Gültəkin xanım iddia edir ki, guya Ədalət Vəliyev mənə Lukaşenkonu dəstəkləmək sifarişini verib. Nə milli, nə də şura olanlar utanmadan yalan yaymağa davam edirlər. Təhqirlərə çoxdan önəm vermirəm, ona görə onlara cavab yazmıram. Amma fakt iddiası şəklində yayılan yalanlara sadəlöhv insanların inana biləcəyi ehtimalı olduğundan, onları hərdən cavablandırmalı oluram.
Mən nə Zeynal Nağdaliyevlə tanışam, nə də Ədalət Vəliyevlə. Heç birisi ilə nə görüşmüşəm, nə də danışmışam. Halbuki, onrlarla, eləcə də hökumətin başqa adamlarıyla, görüşüb-danışmaqda heç bir problem görmürəm. Elə bir şey olarsa, səhifəmdə yazaram. Ayrıca, mən Lukaşenkonu dəstəkləməmişəm. O gün yazdığımı Lukaşenkoya dəstək saymaq üçün gərək ya anlaqsız olasan, ya da qərəzli”, - deyə deputat vurğulayıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2020, 11:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-08-2020, 11:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 08:52
Dünən, 20:06
Dünən, 09:44

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"