“Əsgərinə odun doğrayan, kazarma isidən, general və şəhid olan...“ – Müsahibə

Şəhid general Polad Həşimovla vaxtilə hərbi xidmət keçmiş jurnalist İlham Tumas Teleqraf.com-un suallarını cavablandırıb.
RegionXəbərləri.com müsahibəni təqdim edir:
- İlham bəy, tarix Azərbaycanın qəhrəman oğullarından biri general-mayor Polad Həşimovun şəhid olduğu günü unutmaz. Onunla tanışlığınız necə olub?
- Poladla tanışlığım 1996-cı ildən başlayıb. O vaxtı Murovda hərbi hissədə zabit kimi xidmət edirdim. Polad o zamanlar bölük komandiri idi. Polad qeyri-adi insan idi. Onun ən böyük üstünlüyü əsgərləri övladı kimi sevməsi idi. Murov kimi soyuq bir yerdə kazarmanı isitmək üçün Polad özü odun doğrayırdı. O, zabit maaşı ilə kazarma təmir etdirirdi, əsgər kazarmasına televizor alıb verirdi. Belə böyük bir ürəyə sahib zabit idi.
Mən ordudan tərxis oldum, Polad isə qalıb hərbi xidmətini davam etdirdi, general rütbəsinə kimi yüksəldi. Onunla mülki həyatda məzuniyyətə gəldiyi vaxt, doğulduğu Qəbələ rayonunda, hərbi hissə komandiri olduğu yerdə bir neçə dəfə görüşdük. Polad həmişə sadə və təvazökar qaldı. Şəhidliyi də göstərdi ki, Polad hərb sahəni gözəl bilməklə yanaşı, həm də sadə və dəyərli vətəndaşdı. Nə rütbəsi, nə də vəzifəsi onu dostlarına, zabit yoldaşlarına qarşı mənasız yerə qürurlu etmədi. Həmişə sadə və təvazökar idi.

- Şəhadətindən sonra generalın vətən uğrunda göstərdiyi qəhrəmanlıqlardan çox danışıldı. Polad Həşimov barəsində keçmişdə danışmaq necə bir hisdir?
- Tarixdə elə sahələrin ustadları olur ki, onların itkisi yalnız öz sahələrinin yox, bütün cəmiyyətin itkisi olur. Hərbdə də belədir. Polad elə bir zabit idi ki, onun itkisi təkcə yaxınları, doğmaları, zabit dostları, eləcə də tabeliyində olan əsgər və zabitlər üçün yox, ümumilikdə Azərbaycan ordusu və cəmiyyəti üçün bir itkidir.
Ümumiyyətlə, istənilən orduda Polad kimi zabitlər çox olmur. Belə zabitlər tək hərbi bilikləri ilə yox, həm də şəxsiyyətləri, şəxsi heyətə münasibətləri, mərdlikləri, qeyri-adi insani xüsusiyyətləri ilə fərqlənirlər.
Biz general Həşimovdan daha gözəl nailiyyətlər gözləyirdik. Deyirdik ki, Polad Həşimov, inşallah, işğal olunmuş ərazilərimizin azad olunmasında da iştirak edəcək. Təbii ki, Polad Həşimov haqqında keçmişdə danışmaq çox ağrılıdır...
Paylaş:
Müəllif : Fuad
Tarix:18-07-2020, 22:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-07-2020, 22:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 20:15
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video