Koronavirusa yoluxan tanınmış həkimin vəziyyəti ağırlaşdı, EKMO cihazına qoşuldu

Xəbər verildiyi kimi aprel döyüşlərində yüzlərlə əsgər və zabitin həyatını xilas etmiş tibb xidməti mayoru, Silahlı Qüvvələrin Baş Klinik Hospitalının anestezioloq-reanimatoloqu Teymur Cəfərov koronavirusa yoluxub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığıyla həkimin müalicəsi nəzarətə götürülüb.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, kardioloq Rəşad Mahmudov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, Teymur Cəfərov hazırda Mərkəzi Hərbi Hospitalda EKMO cihazına qoşulub:
“Mərkəzi Hərbi Hospitalda müalicə olunan reanimatoloq-həkim Teymur Cəfərovun son günlər vəziyyəti ağırlaşmış və dünən gecə real vəziyyəti nəzərə alınaraq xəstəyə xəstəbaşında baxış keçirilmiş və vəziyyətinin kritik-ağır olduğu müəyyən edilib. Gecə saat 03:00-dən səhərədək Gömrük Hospitalı ekspertləri tərəfindən EKMO aparatı xəstəyə mərkəzi hərbi hospitalda taxıldı. Oksigen 100% getməsinə baxmayaraq, qandakı oksigenin miqdarı 31-ə qədər düşən xəstə EKMO cihazı taxıldıqdan sonra hemodinamik olaraq stabilləşdirildi. Bədənin oksigenlə qidalanması qənaətbəxş vəziyyətə gəldi. Hazırda dərin koma vəziyyətində yatan Teymur Cəfərovun müalicəsi Mərkəzi Hərbi Hospitalda davam edir".
Millət vəkilinin sözlərinə görə, Teymur Cəfərovun müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə nəzarətə götürülüb:
“Nəzərinizə çatdırım ki, gecəyarısı qurumlararası koordinasiyalı iş nəticəsində ortaya qoyulan nəticə bir daha Azərbaycan səhiyyəsinin və bu ağır günlərdə Azərbaycan səhiyyəçilərinin və dövlətinin öz vətəndaşına, ən başda səhiyyə işçilərinə qarşı münasibətidir. Xüsusən səhiyyə işçilərinin təhlükəsizliyi və Covid-lə mübarizədə onların xəstəliyinin müalicəsi cənab Prezident və Birinci xanım Mehriban Əliyevanın xüsusi nəzarəti altındadır. Bu gecə də saat 12 radələrindən etibarən Prezidentin köməkçisi Anar Ələkbərovun nəzarəti altında istər Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi və eləcə də aidiyyatı qurumların rəhbərlərinin koordinasiyalı çalışması nəticəsində biz ən təhlükəli anda həyatını itirmək üzrə olan Teymur Cəfərova bu köməyi edə bildik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-07-2020, 14:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-07-2020, 14:47
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 11:59
Bu gün, 08:52
Dünən, 20:06
Dünən, 09:44
21-08-2025, 14:42

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….

Sədərək Mərkəzi Xəstəxanasının tibbi avadanlıqları hansı məmur tərəfindən oğurlanıb? - "Niyə digər yerlərdən işçi götürür?"

Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT