İsmayıllının bir kəndində 9 nəfər koronavirusa yoluxub - İki qardaş vəfat edib
İsmayıllı rayonunun Quşencə kəndində 9 nəfər koronavirusa yoluxub. Onlardan 8-i Ağdaş Rayon Mərkəzi Xəstəxanasında, 1 nəfər isə Qobustan xəstəxanasında müalicə alır.
Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Quşencə kəndi üzrə ərazi nümayəndəsi Yaşar Şirəliyev deyib.
Onun sözlərinə görə, bu yaxınlarda koronavirusdan ölən şəxs dəfn edilib: “İki qardaş vəfat edib. Onlar Bakıda yaşayıblar, əslən bizim kənddəndirlər. Valideynlərinin dediyinə görə, qardaşlardan biri koronavirusdan vəfat edib, digəri ağciyər xəstəsi olub. Vərəm dispanserində müalicə alırdı. Ölən şəxslərdən birinin 50 yaşı, digərinin isə 46 yaşı olub. Bir nəfər isə evində infarkt keçirib, xəstəxanaya aparıblar, amma həyatını xilas etmək mümkün olmayıb”.
Y.Şirəliyev qeyd edib ki, kənd hazırda həm həkimlər, həm də polislər tərəfindən nəzarət altındadır: “Kənd əhalisinə tibbi maskada gəzmək, sosial məsafə gözləmək tapşırılıb. Rayon rəhbərliyi tərəfindən ciddi nəzarət olunur. Obyektlər tez-tez dezinfeksiya edilir".
Yerli sakinlər isə bildirirlər ki, hər iki qardaş koronavirusdan vəfat edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:8-06-2020, 23:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:8-06-2020, 23:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….