Ayının boğazında xalta olubmu? - Araşdırılır

“Ayının boynunda xalta ola bilər. Bu mümkündür. Amma gedib yerində baxmaq lazımdır”.
Bu sözləri Yenisabah.az-a Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Şəkidə küçədə dolaşan ayı ilə bağlı açıqlamasında deyib. O bildirib ki, hadisə yerinə gedib məsələni araşdırandan sonra bu haqda dəqiq nəsə demək mümkün olacaq:
“Mən indi gedirəm, baxacağam. Heyvanlarda boyun hərəkətsizdir, çiynin üzərində sağa-sola hərəkət edir. Hərəkət zamanı bədənlə boyun arasındakı tüklərin arasında elə bir sərhəd xətti əmələ gələ bilər. Amma bəlkə də xaltası olub. Onu saxlayanlar kimdir, bilmirəm. Nazirliyin adamları qrup göndərdi və ayı Altıağaca gətirildi. Əgər ayı saxlanılıbsa, onu kimin saxladığını bilmək olmur, gərək baxıb deyilsin”.
Xatırladaq ki, ötən gün gecə saat 4 radələrində Şəki şəhərinin mərkəzində qonur ayının hərəkət etdiyi müşahidə olunub. Sonradan nazirlik əməkdaşları ayını saxlayıblar.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2020, 14:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:1-06-2020, 14:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….