Nikahdankənar doğulan uşaqları nələr gözləyir? – VACİB MƏQAM
Azərbaycanda dünyaya gələn uşaqların 15%-nin nikahdankənar doğulduğu açıqlanıb. Bu tendensiya cəmiyyətin sosial və psixoloji vəziyyəti ilə bağlı müxtəlif suallar doğurur. Nikahdankənar doğulan uşaqların psixoloji inkişafı, cəmiyyətin onlara münasibəti və sosial adaptasiya problemləri bu məsələnin ən vacib aspektlərindəndir.
Bu məqamda bəzi suallar və qaranlıq məqamlar ortaya çıxır: Cəmiyyətin nikahdankənar doğulan uşaqlara münasibəti onların psixologiyasına necə təsir edir? Bu uşaqların özünü qəbul etməsi və özgüvəni ilə bağlı hansı problemlər yaranır? Bu tip uşaqlar məktəb və sosial mühitdə hansı çətinliklərlə qarşılaşır?
Məsələni pedaqoq, uşaq psixoloqu Zeynəb Əyyubova ilə müzakirə edib. Onun sözlərinə görə, nikahdankənar doğulan uşaqların psixoloji inkişafına cəmiyyətin münasibəti birbaşa təsir edir:
“Əgər cəmiyyət bu uşaqlara qarşı damğalama yəni stiqmatizasiya edici yanaşırsa, onları fərqləndirirsə və ya mənfi münasibət göstərirsə, bu, uşağın özgüvəninin aşağı düşməsinə, özünü cəmiyyətdən kənar hiss etməsinə səbəb ola bilər. Belə uşaqlar bəzən sosial mühitdə qəbul edilmədiklərini düşünə bilər və bu, onların psixoloji rifahına mənfi təsir göstərir. Cəmiyyətin qəbul edən, dəstəkləyən yanaşması isə uşağın psixoloji sağlamlığını qorumağa kömək edə bilər.
Özgüvən uşağın formalaşması üçün əsas amillərdən biridir. Nikahdankənar doğulan uşaqlar əgər ailədə və yaxın ətrafda dəstək görürlərsə, onlar bu vəziyyəti daha sağlam qəbul edə bilirlər. Lakin ətrafdan gələn tənqid, etiketləmə və ya istənməyən söz-söhbətlər uşağın psixoloji travma yaşamasına səbəb ola bilər. Uşaq öz dəyərini şübhə altına ala, “mən cəmiyyətə lazımammı?” kimi sualları beynində daşıya bilər. Əgər bu hisslər uzun müddət davam edərsə, bu, depressiya, təşviş pozuntusu və ya sosial çəkingənlik kimi psixoloji problemlərə gətirib çıxara bilər”.
Pedaqoq onu da qeyd edib ki, məktəb və sosial mühitdə uşaqlar bəzən ailə strukturlarına görə fərqləndirilə bilirlər:
“Əgər müəllimlər və ya şagirdlər uşağın ailə vəziyyətini qabardırsa, bu, həmin uşağın utanc hissi keçirməsinə səbəb ola bilər. Həmyaşıdlarının əsas da sinif yoldaşlarının onu fərqləndirməsi, “atan hanı?” və ya “niyə sənin ailən belədir?” kimi suallar uşağın psixoloji durumuna mənfi təsir edə bilər. Bununla yanaşı, bəzi hallarda sosial adaptasiya problemləri də yaranır, çünki uşaq özünü digərlərindən fərqli hiss etdiyi üçün sosial münasibətlər qurmaqda çətinlik çəkə bilər.
Burada əsas məsuliyyət valideynlərə, pedaqoqlara və ümumilikdə cəmiyyətə düşür. Valideynlər uşaqlarına onların dəyərli olduğunu başa salmalı, sevgi və qayğı göstərməlidirlər. Məktəblərdə isə inklüziv və empatik yanaşma tətbiq olunmalı, uşaqlar arasında sosial fərqlərin qabardılmasının qarşısı alınmalıdır. Cəmiyyətdə isə bu mövzuda maarifləndirmə aparılmalı, insanların düşüncəsində “nikahdankənar doğulmuş uşaq” anlayışının mənfi çalar daşımaması üçün iş görülməlidir.
Uşağın psixoloji sağlamlığı üçün ən vacib amil onun sevildiyini hiss etməsidir. Əgər uşaq sevgi və qayğı ilə böyüyərsə, o, cəmiyyətin mənfi təsirlərindən daha az zərər görəcək və sağlam bir fərd kimi formalaşacaqdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-03-2025, 12:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?