Səddam Hüseyn dövrünün sonuncu naziri də öldü

İraqda Səddam Hüseynin hakimiyyəti dövründə sonuncu Müdafiə naziri olan Sultan Haşim ürəktutmasından dünyasını dəyişib.
Haşim Ən-Nəsiriyyə şəhərində yerləşən Əl-Hut həbsxanasında 79 yaşında vəfat edib.
Eks-nazir son illər xroniki xəstəliklərdən əziyyət çəkirdi.
Sultan Haşim Səddam Hüseyn dövründə İraqın iştirak etdiyi bütün müharibələrdə rol alıb. Bunlar arasında İraq-İran (1980−1988), Birinci və İkinci Körfəz müharibələri də var.
Səddam Hüseynin 1990-cı ildə Küveyti işğal etməsindən sonra 1991-ci ildə beynəlxalq koalisiya qüvvələri ilə aparılan atəşkəs danışıqları prosesində İraq heyətinə rəhbərlik edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2020, 08:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-07-2020, 08:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 08:22
23-08-2025, 19:00
23-08-2025, 11:59
23-08-2025, 08:52
23-08-2025, 08:50

Qazi Faiq Babayev: “Binəqədi rayonunda icra nümayəndəsi məndən 10 min manat tələb etdi, ödəmədim, obyektimi dağıtdılar” -VİDEOFAKT

Müharibə iştirakçısı müəmmalı şəkildə öldü - “Biri “tok” vurub deyir, digəri yıxılıb”

Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir

Dələduzluqda ittiham olunan Seymur Orucovun komandası: Ağstafada icra nümayəndəsi sosial yardım adı ilə pul alır….