ABŞ və İran danışıqlar apardı – Yaxın Şərqlə bağlı
ABŞ və İran bu həftə Omanda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün vasitəçilər yolu ilə danışıqlar aparıb.
Bu barədə cümə günü “Axios” portalı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Amerika tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Peyli iştirak edib.
Mənbə qeyd edir ki, İrandan məsləhətləşmələrdə kimin iştirak etdiyi məlum deyil. Onun sözlərinə görə, məsləhətləşmələr İran və onun tərəfdar qüvvələrinin regionda mümkün hərəkətlərinin nəticələrinə, habelə Tehranın nüvə proqramı ilə bağlı ABŞ-nin narahatlığına həsr olunub.
Digər tərəfdən, “Axios” portal belə məsləhətləşmələrin 2024-cü ilin yanvarından bəri ilk dəfə keçirildiyini vurğulayıb. Portal qeyd edir ki, ABŞ və İran arasında Omanda vasitəçilər yolu ilə danışıqlar Tehranın aprelin 13-də İsrail ərazisinə kütləvi raket və pilotsuz təyyarə zərbələri endirməsindən bir aydan çox sonra baş tutub.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-05-2024, 11:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Hind okeanında dəniz quldurlarının xəzinəsi: 138 milyon dollarlıq yüklə batan gəmi tapıldı

Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüxemburqdakı şirkətini bağlayıb, FOTO

ATEF-in 68 yaşlı türk iş adamı 18 yaşlı qızı necə "tora" saldı - Mehriban xanım Əliyevaya müraciət

Rusiyada yeni doğulmuş uşağı tərk edən qadının 12 il əvvəl oğlunu öldürdüyü məlum oldu

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?