reklam
Regionxeberlericom.az » Siyasət » İsrail prezidenti Azərbaycana gəldi - Yenilənib

reklam

İsrail prezidenti Azərbaycana gəldi - Yenilənib

















İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

***08:56

İsrail Prezidenti İshaq Hersoq Azərbaycana gəlir.
Bu barədə onun özü Tvitter hesabında yazıb.
“İsrail prezidenti mühüm dövlət səfəri üçün şiə müsəlman ölkəsi Azərbaycana yola düşür. Prezident İlham Əliyevə səmimi dəvətə görə təşəkkür edirəm. Azərbaycan əsas ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və problemləri də bölüşürük”, - deyə İ. Hersoq bildirib.




Paylaş:


Müəllif : Tarix:
30-05-2023, 10:36
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər