reklam
Regionxeberlericom.az » Siyasət » “Ermənistan sülhə gəlmir, silah-sursat alır” - FAKT BUDUR!

reklam

“Ermənistan sülhə gəlmir, silah-sursat alır” - FAKT BUDUR!


Azərbaycan Avropa İttifaqı (Aİ) Şurasının Ermənistanda Aİ-nin mülki missiyasının yaradılması ilə bağlı qəbul etdiyi qərarı qeydə alır.

Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Aİ Şurasının Ermənistanda monitorinq missiyasının yaradılması ilə bağlı qərarına dair şərhində bildirilib.


“Belə bir fəaliyyətin sırf ikitərəfli əsasda həyata keçirilməli olan sərhədlərin delimitasiyası prosesi də daxil olmaqla Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməməli olduğuna dair öz qəti mövqeyimizdə qalırıq. Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir”, - şərhdə qeyd olunub.


Vurğulanıb ki, Azərbaycan tərəfi Aİ missiyasının fəaliyyətə başlaması ilə bağlı müzakirələr prosesində keçmiş təcrübədən irəli gələn lazımi dərslərin çıxarılmasına maksimum diqqət yetiriləcəyini gözləyir:

Məlumata görə, məsələni "Sherg.az" dəyərləndirən politoloq Tofiq Abbasov qeyd edib ki, bu missiyanın bölgəyə gəlməsi anormal haldır:

"Çünki Azərbaycan tərəfinin rədd etdiyi bir missiya ya yarımçıq işdir, ya da ermənipərəst mövqedən irəli gələn təşəbbüsdür. Əgər münaqişəli vəziyyət varsa və hansısa qüvvə vasitəçilik etmək istəyirsə, gərək hər iki tərəfin mövqeyini eşidib bilsin. Lakin biz Avropa İttifaqındakı bəzi qüvvələrin, xüsusən də Fransanın Azərbaycana təzyiq göstərməyə çalışdığının şahidi oluruq. Onlar bizə hansısa konfiqurasiyanı sırımaq istəyirlər. Guya bu qüvvələr sülhə meyillidirlər və Cənubi Qafqazda sabitliyin olmasını istəyirlər. Sülh bərqərar olmayıbsa, bu, birbaşa Ermənistanın günahı ucbatındandır. Bunu isə onlar bilməmiş olmazlar. Azərbaycan yalnız BMT-nin dörd qətnaməsini öz gücünə yerinə yetirdi və Qafqaza rahatlıq gətirdi. Belə olduğu təqdirdə Aİ Ermənistanla işləməli və onları başa salmalıdır. Bir halda ki Ermənistan sülh imzalamaq yerinə silah-sursat alır, o zaman Azərbaycanın bütün iradları və hərəkətləri haqlıdır. Biz görürük ki, rəsmi Bakı həqiqətən də çox sağlam mövqedən çıxış edir".

Analitik əlavə edib ki, Missiyanın uzadılması Azərbaycanın mövqeyinə mənfi təsir göstərməyəcək:

"Ona görə ki, bizim dövlət başçısı İlham Əliyev bütün məsələləri zamanında həll edir. Ümumiyyətlə, Azərbaycan tərəfindən həyata keçirilən istənilən tədbirlər zərurətdir. Yəni biz təsadüf heç nə etmirik. Bunu isə onlar da anlamalıdırlar. Əgər onlar Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəyirlərsə, gərək Ermənistana dəstək göstərsinlər. Çünki Ermənistana dəstək göstərildiyi zaman onun başı pozulur. Əgər ortaq yol istəyirlərsə ya müdaxilə etməməlidirlər, ya da Azərbaycanın maraqlarını təmin etməlidirlər. Əks halda bu, qeyri-sağlam yanaşmadır".




Paylaş:


Müəllif : Tarix:
25-01-2023, 14:35
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər