Molla rejimi Azərbaycanın KÖNLÜNÜ ALDIMI: Bitdimi HƏR ŞEY? - İNCƏLƏMƏ...

Çoxları elə düşünürdü ki, Rusiya, Azərbaycan-İran gərginliyində Tehrana dəstəkdir.Taktiki baxımdan hansısa məqamda bu, Kremlin maraqlarına cavab verə bilər, lakin İranın uzunmüddətli dəstəklənməsi Rusiyanın strateji yanaşmalarına uyğun deyil.Bu fikirlər də var idi ki, Qərb də İrana dəstək olur, məqsəd Azərbaycanı sıxışdırmaqdır. Aşağı-yuxarı Qərb də strateji cəhətlərlə Azərbaycanın yanındadır.İranın ali rəhbərinin müşaviri səviyyəsində Azərbaycana verilən xoşməramlı mesajın kökü Tehranın Qərbin, Rusiyanın, Türkiyənin və İsrailin məngənəsində sıxılması ilə əlaqəlidir. Əlalxüsus, bu məsələdə Rusiya amili diqqət çəkməlidir. Xatırlayırsınızsa, yazmışdım ki, Rusiya hökumətinin sədri Mixail Mişustinin Bakı səfəri həm də İrana təzyiq xarakteri daşıyır - ən çox da Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizində yükdaşımalarla əlaqədar. Bu öz yerində, Azərbaycanla İran arasında iqtisadi layihələr də görünür ki, sual altına düşməyib.
***
Məncə, bu həftə Azərbaycan-İran gərginliyinə müvəqqəti də olsa son qoyulacaq. Ya onların, ya da bizim xarici işlər naziri səfər edəcək.Daha sonra dostluq, yaxın qonşuluq siyasətindən danışılacaq. İqtisadi layihələr barədə xoşməramlı fikirlər səsləndiriləcək. Amma siyasi gərginlik aradan qalxmayacaq və bir müddət sonra yenidən aşkar fazaya keçəcək.
Aqşin Kərimov - DİA.AZ
Paylaş:
Müəllif : Yazar
Tarix:21-11-2022, 09:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB