ABŞ rəsmisi Zəngəzur dəhlizindən danışdı
“ABŞ Azərbaycanda demokratiyanın etibarlı dayağıdır və regionda sülhün inkişafı üçün yaxşı imkanlar görür”.
Bunu ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid brifinqdə deyib.
“Azərbaycan və Ermənistan arasında sülhə nail olmağın müxtəlif yolları var. Zəngəzur dəhlizi belə imkanlardan biridir”, - Donfrid bildirib.
Onun sözlərinə görə, ABŞ tərəflər arasında sülhə nail olmağa kömək etməyə hazırdır və indi bunun üçün fürsət pəncərəsi açılıb: “Fürsətin nə qədər davam edəcəyi bilinmir”.
O, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən və Cənubi Qafqazın inkişafında Azərbaycanın yeri ilə bağlı müzakirələrdən danışıb.
Prezident İlham Əliyev Cənubi Qafqazı dinc inkişafda görür. ABŞ burada davamlı sülhə nail olmaq üçün region ölkələri ilə əməkdaşlıq etmək niyyətindədir”, - Dövlət katibinin köməkçisi vurğulayıb.
K.Donfridin sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden Azərbaycan Prezidenti ilə qarşılıqlı əlaqədədir.
Dövlət katibinin köməkçisi regiona səfəri çərçivəsində bu müzakirələri digər region ölkələri ilə də davam etdirəcək.
“Əgər biz burada əməkdaşlığı gücləndirə bilsək, bu, regionun çiçəklənməsinə gətirib çıxaracaq”, - o deyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:17-06-2022, 00:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB