“Putinin imicini qorumaq üçün suverenliyimizdən güzəştə getməyəcəyik”

"Rusiya Prezidenti Vladimir Putinin imicini qorumaq üçün bəzi liderlərin təklif etdiyi kimi, suverenliyimizdən güzəştə getməyəcəyik".
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski İtaliyanın “Rai 1” telekanalına müsahibəsində Fransa Prezidenti Emmanuel Makronun müharibədən sonra hər iki tərəfin alçaldılmaması və Rusiya üçün çıxış yolu tapılması ilə bağlı açıqlamalarını dəyərləndirərkən deyib.
Zelenski bildirib ki, Rusiya üçün çıxış yolu axtarmağa ehtiyac yoxdur:
“Cənab Makron bunu boş yerə edir. Rusiya bunu istəmədikcə və buna ehtiyacı olduğunu anlamadıqca, müharibəni dayandırmaq üçün heç nə etməyəcək, heç bir çıxış yolu axtarmayacaq”.
“Mən bilirəm ki, Fransa Prezidenti Emmanuel Makron vasitəçilikdə müəyyən nəticələr əldə etmək istəyirdi, amma bunu tapa bilmədi. Həm də bizim tərəfdən yox, Rusiyadan. Bəzi liderlərin Putinin “imicini” xilas etmək üçün suverenliyimizin güzəştə getməsi ilə bağlı mənə nəsə təklif etməsi düzgün deyil”, - o bildirib.
Zelenski deyib ki, Roma Papası Fransiskin Ukrayna və Rusiya bayraqları ilə başlatdığı “barışıq” aksiyası onlar üçün qəbuledilməzdir:
“Rusiyanın bayrağı, bu, bizi öldürən və öldürməkdə davam edən bayraqdır. Hazırda Rusiya bayrağı bizim üçün yalnız bir məna daşıyır, o da ilhaq. Rusiyanın bizdən üzr istəməsi üçün üzrxahlığın həcmini hesablaya bilmirəm. Papa iki bayraqla hərəkətə keçməyi təklif edəndə bizim üçün çətin oldu”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-05-2022, 23:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

"Dünya dağılsa da, hava limanında "badımcan" və "pomidor" taksilərinə minməyəcəm" - Tanınmış həkim

“Heç kəsdən pul istəmirəm, dövlətimdən iş tələb edirəm” – QARABAĞ QAZİSİ ÇARƏSİZ DURUMDA

“Azərsun Holdinq”ə məxsus "AL market"dən iyrənclik - PİS QOXU VƏ TƏHLÜKƏLİ QİDA / VİDEO

Sosial-iqtisadi Kollec problemlər burulğanında - Dünən 530 manat alan müəllim indi 256 manat maaşla ayı başa vuracaq.

Aqro monopolist TST Rüfətin gizli əməlləri: Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?

“Nazirliyə təhsilin “T” hərfini bilməyənləri yığıblar” – Ekspertlərdən nazirə SƏRT CAVAB