Kremldən Azərbaycanı hədələyən deputatla bağlı AÇIQLAMA
“Kreml Qarabağla bağlı emosional bəyanatlardan çəkinməyə çağırır, Moskva vəziyyəti normallaşdırmaq üçün səy göstərir”.
Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi Siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı açıqlamalarına münasibət bildirərkən deyib.
“Bu bəyanat heç bir halda Rusiya Federasiyasının rəsmi xəttinə uyğun gəlmir və uyğunlaşa da bilməz. Bu, daha çox şəxsi emosiyalar müstəvisində yatan bəyanatdır. Əlbəttə, biz xüsusilə Azərbaycanın tərəfdaş ölkələr kateqoriyasına aid olduğu və daha çox Rusiyanın Qarabağ bölgəsində sülhün qorunması, bütün tərəflərin müvafiq öhdəliklərinin yerinə yetirilməsi üçün çox enerjili səylər göstərdiyi bir şəraitdə bu emosiyaları cilovlamağa və bu cür bəyanatlardan çəkinməyə çağırırıq”, - Peskov jurnalistlərə bildirib.
Qeyd edək ki, Rusiya Dövlət Dumasının İqtisadi Siyasət üzrə Komitəsinin sədr müavini Mixail Delyagin Azərbaycan Müdafiə Nazirliyinin Rusiya Müdafiə Nazirliyinə verdiyi rəsmi cavabları real təhlükə adlandırıb. Deputat dövlət televiziyasında çıxışı zamanı Azərbaycanı hədələyib və açıq şəkidə sülhü pozmaqda təqsirləndirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-03-2022, 14:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO