reklam
Regionxeberlericom.az » Siyasət » XARKOV ŞƏHƏRİ UĞRUNDA ŞİDDƏTLİ DÖYÜŞLƏR BAŞLAYIB... - Rusiya qoşunları Sumı bölgəsində məğlub olub geri çəkilib + VİDEOLAR (YENİLƏNİR)

reklam

XARKOV ŞƏHƏRİ UĞRUNDA ŞİDDƏTLİ DÖYÜŞLƏR BAŞLAYIB... - Rusiya qoşunları Sumı bölgəsində məğlub olub geri çəkilib + VİDEOLAR (YENİLƏNİR)




















Ukraynanın əhalinin sayına görə ikinci böyük şəhəri Xarkov uğrunda şiddətli döyüşlər başlayıb. Ukrayna ordusu işğalçı Rusiya ordusuna ciddi müqavimət göstərir. 

“Sumı vilayətində ərazi müdafiə bölməsi Rusiya ordusunun döyüş hissələrini atıcı silahlardan istifadə edərək məğlubiyyətə uğradıb”. Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, Rusiya qoşunları geri çəkilib.

“Düşmən qorxur! Biz düşməni məhv etməyə hazır olan Ukrayna vətəndaşlarına müraciət edirik - balkondan bir şüşə yandırıcı məhlul və ya düşmənin şəxsi heyətinin olduğu maşına atıcı silahlardan atəş açmaq düşmən üçün əvəzedilməz itkidir”, - deyə Malyar bildirib.

Eyni zamanda Ukrayna ordusu Qostomeldə mövqelər uğrunda vuruşur..

Operativ məlumatlara görə, Rusiyanın hücumu nəticəsində 57 ukraynalı həlak olub.

Bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko bildirib.

O, qeyd edib ki, hərbi əməliyyatlar zamanı daha 169 ukraynalı yaralanıb.

Bu arada  Rusiya fevralın 24-də Ukrayna ərazisində hərbi əməliyyata başlayıb. Əməliyyatlar zamanı Çernobıl Atom Elektrik Stansiyası, Qostomel hava limanı, Xerson şəhərləri ələ keçirilib, bir sıra obyektlərə hava zərbələri endirilib.

Çerniqov yaxınlığında məğlub olan rus qoşunlarının videosu yayılıb.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri Rusiya qüvvələrinin zirehli texnika karvanını məhv edib.

Bundan əlavə, Snovsk şəhərində yerli müdafiəçilər Rusiyaya məxsus minaaxtaran tankı ələ keçirib, ekipaj isə əsir götürülüb.




Paylaş:


Müəllif : Tarix:
25-02-2022, 00:42
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər