İranın PUA bazası bombalanıb - Ölənlər var + VİDEO

İsrail hərbi hava qüvvələri çərşənbə günü Palmiranın cənub-şərqində (Dəməşqdən 240 kilometr aralı) T-4 hərbi aerodromuna raket zərbələri endirib. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin "Al Hadath" telekanalı məlumat yayıb.
Bildirilib ki, İranın pilotsuz uçuş aparatlarının bazasına hücum edilib.
Nəticədə İranın dəstəklədiyi qruplaşmadan dörd nəfər ölüb, yaralıların olduğu deyilir.
Bir müddət əvvəl Suriya ordusundakı bir mənbə SANA xəbər agentliyinə İsrail təyyarələrinin Palmiranın cənub kənarındakı Əl Tanf sərhəd bölgəsindən hücum etdiyini bildirmişdi. Onun sözlərinə görə, hücumu dəf edərkən bir Suriya əsgəri şəhid olub, daha üçü yaralanıb.
Xatırladaq ki, oktyabrın 8-də İsrail hərbi hava qüvvələrinin T-4 aerodromuna hücumunu dəf edərkən 6 Suriya əsgəri və 12 şiə milisi yaralanıb. (oxu24.com)
Paylaş:
Müəllif : Fuad
Tarix:14-10-2021, 13:42
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-10-2021, 13:42
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Bu gün, 15:06
Bu gün, 10:26
Dünən, 12:40
17-08-2025, 14:49
16-08-2025, 20:28
16-08-2025, 20:24

Bağlanmış müqaviləni icra edə bilməyən “GROVV AUDİT AND CONSULTİNG” QSC satınalmalarda necə qalib çıxır

SOCAR Rusiyaya qarşı məhkəmə iddiası qaldıracaq? - “Bu, fors-major hal kimi qəbul edilir”

45 min manat vergi borcu olan “Atlas Alliance Group” şirkət FHN-nin tenderində necə qalib seçilib?

Rəqsanə həbsdə olan iş adamını azadlığa buraxdıracaqmış.. - Qohumlarından 520 min dollar alıb

Masallıda Yourpul.az - “Gənclərin Maliyyə Savadlılığı portalı” layihəsinin təqdimat tədbiri keçirilib.