Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək - deputat

Fevralın 9-da Ermənistanın Baş prokuroru Artur Davtyan qarabağın dağlıq hiissəsinə səfər etdiyinə dair məlumat yayılıb. Ermənistanın kütləvi informasiya vasitələri məlumat verib ki, o, Xankəndinə gələrək separatçıların başçısı Araik Arutyunyanla görüşüb.
Ancaq rəsmi olaraq belə bir görüşün olduğu barədə hər hansı açıqlama verilmədi. Bəzi erməni media orqanları bunu Bakının xəbərdarlığı ilə bağladı...
Qeyd edək ki, hələ yanvarın əvvəlində Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın Qarabağa səfərindən sonra Prezident İlham Əliyev bu ölkəyə xəbərdarlıq etmişdi. Dövlət başçısı bu cür səfərlərə son qoyulmasa, Azərbaycanın cavabı sərt olacağını bəyan etmişdi.
Azərbaycan Xarici İşlər Nazirliyi də onlarla razılaşdırılmayan bu səfərin 10 noyabr bəyanatına zidd olduğunu bildirib. Qurum vurğulayıb ki, öhdəlikləri rəsmi Yerevanın pozması təxribatdır və daxili auditoriyaya hesablanmış bu kimi əməllər bölgədə vəziyyətin normallaşmasına xidmət etmir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas "Turan" agentliyinə açıqlamasında hər şeyin öz vaxtı olduğunu bildirib:
"Yuxuda görmədiyimizi həyatda gördük. 44 gün ərzində Azərbaycan 20 min kvadratkilometrlik ərazini təmizlədi, Şuşada bayrağını sancdı. Birdən birə hər şeyi həll etmək mümkündürmü?".
Deputatın fikrincə, Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçəcək:
"10 noyabrda imzalanmış bəyanatda Ermənistanla Qarabağın arasında dəhlizin yaradılması əksini tapıb. Həmin dəhliz yəqin ki, bir müddətdən sonra Azərbaycanın nəzarəti altında olacaq. Biz Laçında gömrüyümüzü quracağıq, orada sərhədimiz olacaq və bu, tezliklə baş verəcək. Bu barədə hətta Rusiya mətbuatı yazır. Gürcüstandan, Rusiyadan Azərbaycana insanlar necə gəlirlərsə, onlar da belə gəlib-gedə bilər".
A.Abbas qeyd edib ki, bir müddət əvvəl Rusiya sülhməramlıları Ermənistandan Qarabağa gələn Fransadan olan jurnalistləri buraxmayıb: "Çünki Azərbaycan hökuməti bildirib ki, Azərbaycanın icazəsi olmadan heç kəs gələ bilməz".
Deputat əlavə edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını, qanunlarını qəbul edərlərsə, qalıb maneəsiz yaşaya bilərlər: "Bu qədər gözləmişik, indi istəyirik iki ayın içində bütün məsələlər həll olunsun. Biz artıq sərhədi qura-qura gedirik və hətta Ermənistanın yoluna nəzarət edirik. Sadəcə, tələsmək lazım deyil".
Paylaş:
Müəllif : Yazar
Tarix:18-02-2021, 10:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-02-2021, 10:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO