Azərbaycan rəsmisinin Araiklə görüşünə REAKSİYA - “Terrorçunu bir başqası ilə əvəzləmək lazımdır”

"Dağlıq Qarabağ separatçılarının lideri Araik Arutunyan etiraf edib ki, rusiyalı hərbçilərlə görüşündə Azərbaycan rəsmisi də iştirak edib. Xəbər doğrudursa, bu uzun illərdən separatçıların təmsilçisiylə ilk təmasımız sayıla bilər".
Cebhe.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, gələcək hədəflərimizdən biri Araik Arutunyanın bir başqasıyla əvəzlənməsinə nail olmaqdır:
"Əlbəttə, Araik Arutunyan cinayətkardır və müharibə dövründəki cinayətlərinə görə cavab verməlidir, ona qarşı cinayət işi qüvvədədədir. Ancaq reallıq bundan ibarətdir ki, Araik Arutunyan Xankəndidə idarəetməni həyata keçirir, Rusiya hərbçiləri ilə daima təmasdadır. Məsələnin ikinci tərəfi odur ki, illərdir deyirdik ki, Emənistan Dağlıq Qarabağdan qoşunlarını çıxarsın, biz özümüz erməni vətəndaşlarımızla dil taparıq. Araik Arutunyan hələ də İrəvandakı müzakirələrə qatılır. Ancaq elə etməliyik ki, o zaman-zaman Azərbaycan hakimiyyətinin emisarlarını da dinləsin və bilsin ki, növbəti yanlış addım ona və ətrafındakılara baha başa gələ bilər.
Digər tərəfdən separatçıları nümayəndələrimizin Xankəndidə görünməsinə də alışdırmalıyıq. Gələcək hədəflərimizdən biri Araik Arutunyanın bir başqasıyla əvəzlənməsinə nail olmaqdır. Keçmişdə bu əvəzlənmələrdə əsas rol İrəvana aid idi. Bundan sonra isə elə etməliyik ki, bölgədəki ermənilər üzərində idarəetməni həyata keçirmək istəyən şəxs Bakının da maraq və istəklərini nəzərə alsın. Çətindir, ancaq mümkündür. Bunun həyata keçirilməsi yolları barədə indidən düşünməliyik. Müharibədə qələbə çaldığımız kimi ağıl oyunlarında da üstün olmalıyıq".
Paylaş:
Müəllif : Yazar
Tarix:13-02-2021, 12:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-02-2021, 12:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:44
Dünən, 10:38
Dünən, 08:56
15-07-2025, 15:41
15-07-2025, 15:06
15-07-2025, 12:22
15-07-2025, 12:18
15-07-2025, 12:15
15-07-2025, 08:54

Yusif Yusibov son akkordlarını Gəncə Dövlət Universitetində belə vurur - İLGİNC İDDİALAR

Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO

Ədliyyə naziri Fərid Əhmədova İKİNCİ AÇIQ MƏKTUB - Bu, bizə deyil, Sizə qarşı hörmətsizlikdir!

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

İkinci Qarabağ müharibəsinin iştirakçısı “Azəriqaz”da yüksək vəzifəyə təyin olundu - FOTO

AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir

Qida Sənayesi Kollecində Sevinc Həmzəyevanın təhsil adı altındakı "biznes" fəaliyyəti ARAŞDIRMA -II

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin "Kale Seramik” mağazasının qarşısında... / VİDEO