Ermənistan Qazaxı niyə atəşə tutdu? - “Yeddi kəndi qaytarmamaq üçün…”

"İrəvanın sərhəddəki bu təxribatı Moskva-Ankara əməkdaşlığında çat yaratmağa hesablanıb”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistanın Qazaxla sərhəddə növbəti təxribata əl ataraq atəşkəsi pozmasının arxasında hansı məqsədlərin dayandığına aydınlıq gətirərkən politoloq İlqar Vəlizadə deyib:
"Düşmən bu təxribatlarla müharibənin heç də bitmədiyini, nə vaxtsa bərpa oluna biləcəyini göstərmək istəyir. Qarabağ istiqamətində cəbhə yoxdur, sabitlik hökm sürür, orada rus sülhməramlıları fəaliyyət göstərir. Buna görə də erməni tərəfi Qarabağ istiqamətində atəşkəsə əməl etməyə məcburdur. Amma təəssüf ki, sərhəd zonasında gərginlik yaşanır. Bu təxribat əməlləri onu göstərir ki, Ermənistan rəhbərliyi revanşist ovqatdadır və İrəvan bu siyasətindən öz xoşuna əl çəkən deyil. Azərbaycan tərəfi prosesə reaksiya verərək, Ermənistana təzyiq göstərməlidir”.
İ. Vəlizadənin fikrincə, bu əməllərilə ermənilər sərhəddə həyata keçirilən demarkasiya işlərinə əngəl törətməyi planlaya bilərlər: "Ermənistan - Azərbaycan sərhədi boyu demarkasiya prosesi gedir. O cümlədən, Qazaxın işğal altındakı yeddi kəndi Azərbaycana qaytarılmalıdır. Güman ki, ermənilər də bu işlərə əngəl törətmək üçün belə təxribatlara əl atırlar. Bir neçə gün əvvəl Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Ola bilsin, İrəvanın bu təxribatı Rusiya - Türkiyə əməkdaşlığında gərginlik yaratmağa hesablanmış addımdır”.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-02-2021, 14:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-02-2021, 14:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:19
Dünən, 10:17
Dünən, 09:00
Dünən, 08:30
4-09-2025, 16:01
4-09-2025, 15:59
4-09-2025, 15:58
4-09-2025, 11:45
4-09-2025, 09:32
4-09-2025, 09:07
4-09-2025, 08:23

Xaçmaz gömrüyündən ölkəyə heyvan keçirilməsi qadağan olunub - "BU SAHƏ RƏİSİN QOHUMUNUN MONOPOLİYASINDADIR" VİDEO

TƏBİB şefinin bu yeyintidən xəbəri varmı? - Füzuli rayon Mərkəzi Xəstəxanası “Otkat“ əməliyyatı...

Müharibədən sonra təhlükəsizlik zəmanəti... - Bəs, “Sonra” olmasa?! Putin 150 il yaşamağı düşünürsə...

Bir ittihamın təfərrüatı: “Qanunsuz sahibkarlıq” və “Qaçaqmalçılıq” əməlinin hüquq tərəfi – FOTOLAR

FHN-nin tikintidə təhlükəsizliyə nəzarət Dövlət agentliyi bu nöqsanları niyə görməzdən gəlir ?

Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

Ceyhun Abbasovun rəhbərlik etdiyi qrupa daxil olan mağazalar şəbəkəsində kiflənmiş kərə yağı satılır

Üç müəllim eyni vaxtda işdən çıxarıldı - “Direktordan şikayət etmişdik deyə...” - Video

40 ildir birinci qrup əlillik pensiyası alırdı, kəsdilər - BƏRDƏ SAKİNİNDƏN RƏSMİ QURUMLARA MÜRACİƏT VİDEO

Nurlan Babayevin əməlləri ifşa olundu: Vətəndaşları belə aldadıb -Şok görüntülər /VİDEO